Aqrar İnnovasiya və Təсhizat şirkəti vakansiya: 1C OPERATOR axtarılır.
Bakı şəhərində 1C Operator vakansiyası. Ali təhsilli, 1 il iş təcrübəsi olan və 1C (8.3) proqramını bilən namizədlər üçün iş imkanı. Əmək haqqı 637-731 AZN, həftə içi 5 iş günü.
İş barədə məlumat:
Vəzifə öhdəlikləri:
- Təmin olunan sifarişlərin (B2B, B2C, Retail) müvafiq sistemə daxil edilməsi və anbardan çıxan malların sistemdən silinməsi.
- Aylıq daşınma xərclərinin yoxlanılması və sistemə daxil edilməsi.
- Regional anbar və satış nöqtələrindən gələn müraciətlərin cavablandırılması.
- Təchizatla bağlı problemli məsələlərin aidiyyəti şəxslərə yönləndirilməsi.
- Sənədlərin reyestrinin aparılması və arxivləşdirilməsi.
- Şöbə sənədlərinin toplanması və uyğunluğunun yoxlanması.
- Yolda olan məhsulların izlənməsi və statusla bağlı aidiyyatı üzrə yönləndirilməsi.
- Daşıma xərclərinin üzləşməsinin aparılması.
- İş fəaliyyəti ilə bağlı hesabatların tələb olunduqda təqdim olunması.
- Rəhbərin tapşırığı əsasında vəzifəsinə uyğun digər işlərin görülməsi.
İş şərtləri:
- Əmək haqqı: 637-731 AZN
- İş qrafiki: Həftə içi 5 iş günü
- İş saatları: 08:30-dan - 17:30-dək
- Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi, 1-ci bina, 3-cü mərtəbə.
Namizədə tələblər:
- Ali təhsil.
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
- 1C (8.3) proqramını yaxşı səviyyədə bilməli.
- Dəqiq və diqqətli olmalı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “1C Operator” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
What's Your Reaction?