Azərbaycan Hava Yolları vakansiya: Istehsalatın təşkilinə nəzarət üzrə dispetçer.
"Azərbaycan Hava Yolları" QSC-nin İstehsalatın Təşkilinə Nəzarət üzrə Dispetçer vakansiyası üzrə müraciətlər qəbul edilir. Ali təhsil və minimum 1 il iş təcrübəsi olan, Azərbaycan, İngilis dillərində sərbəst danışan, növbəli iş şəraitinə uyğunlaşan şəxslər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
- Hava gəmisinin texnoloji qrafikə əsasən uçuşa hazırlanmasına və uçuşların vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- İHLKİ-nin koordinasiya üzrə böyük dispetçerinə texnoloji qrafikin pozulması, hava gəmisinin uçuşunun ləngiməsi səbəbləri, həmçinin hava gəmisinin sərnişinləri qəbul etmək üçün hazırlığı haqqında məlumat vermək;
- Hava gəmisinə xidmət cədvəlinin pozulması səbəblərini aşkar etmək;
- Hava gəmisinin uçuşa göndərilməsinə dair aktlar tərtib etmək;
- Hava gəmisinin uçuşa göndərilməsinin ləngiməsinə dair aktların tərtib edilməsində və onların səbəblərinin təhlilində iştirak etmək.
Tələblər:
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (sərbəst), Rus dili (arzuolunandır);
- Bacarıqlar:
- Üsiyyət bacarıqları (yazılı və şifahi);
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənmə qabiliyyəti;
- İşə uyğunlaşma qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı.
İş şəraiti:
- İş qrafiki: Növbəli;
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Vakansiya haqqında:
- Son müraciət tarixi: 21 dekabr 2024;
- Vakansiya növü: Tam ştat;
- Kateqoriya: Digər.
What's Your Reaction?