Müddətli müqavilə ilə MİQ vakansiya seçiminə start verilir

Aug 30, 2024 - 08:43
 0
Müddətli müqavilə ilə MİQ vakansiya seçiminə start verilir
Müddətli müqavilə ilə MİQ vakansiya seçiminə start verilir

Bu gündən etibarən, 30 avqust saat 11:00-da müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə müsabiqənin MİQ vakansiya seçimi mərhələsinə başlanılacaq.

Vakansiya.org xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Məlumatda qeyd olunur ki, MİQ vakansiya seçimi mərhələsində test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumilikdə 40 və ya daha yüksək bal toplayan namizədlər iştirak edə biləcəklər.

Namizədlərə MİQ vakansiya seçimində 4 vakant yer seçmək imkanı verilir və onlar 2 sentyabr saat 11:00-a qədər şəxsi səhifələrinə daxil olaraq MİQ vakansiya seçimlərini etməli və elektron ərizələrini təsdiqləməlidirlər.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow