Azərbaycan Dəmir Yolları vakansiya: Teplovoz maşinist köməkçisi (İmişli).

eplovoz maşinist köməkçisi vakansiyası üçün müraciət edin. İmişli, Azərbaycan Dəmir Yolları tərəfindən təqdim edilən bu tam ştat iş, qatarların təhlükəsiz daşınması və texniki xidmət sahəsində ixtisaslaşma imkanı yaradır.

Oct 9, 2024 - 11:36
Oct 9, 2024 - 11:38
 0
Azərbaycan Dəmir Yolları vakansiya: Teplovoz maşinist köməkçisi (İmişli).
Azərbaycan Dəmir Yolları vakansiya: Teplovoz maşinist köməkçisi (İmişli).

Vəzifələr:

  • Lokomotiv briqadalarının vəzifəsinə aid qüvvədə olan əmrlər, göstərişlər, təlimatlar və digər normativ aktların tələblərini yerinə yetirmək.
  • Teplovoza texniki xidmət göstərmək, qatarların daşınmasında və manevr işinin yerinə yetirilməsində texniki biliyi artırmaq.
  • İşə xüsusi formada, cədvəl üzrə və ya depo növbətçisinin çağrışı ilə təyin olunmuş vaxtda gəlmək, gələ bilmədikdə depo növbətçisini dərhal məlumatlandırmaq.
  • Teplovozun qəbulu və təhvili zamanı texniki xidmət üzrə müəyyən edilmiş normativ sənədlərə və yerli təlimatlara ciddi əməl etmək.
  • Maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
  • Teplovozda təhlükəsizlik və radiorabitə qurğularının işinə nəzarət etməklə, onların yanğından mühafizə qurğularının vəziyyətini yoxlamaq.
  • Teplovoz dayanarkən ekipaj hissələrinin və təkər cütlərinin bukslarının yoxlanmasını həyata keçirmək.
  • Qadağanedici göstərişə doğru hərəkət edərkən, maşinistə işarənin göstərişini, kontrolerin vəziyyətini və tormoz magistralındakı təzyiqin miqdarını təkrar etmək.
  • Yanacaq enerji resurslarını, sürtkü və digər materialları qənaətlə istifadə etməklə, avadanlıqları, alətləri və fərdi mühafizə vasitələrini saz vəziyyətdə saxlamaq.
  • Maşinist teplovozu idarə etmək qabiliyyətini qəflətən itirdikdə, qatarı (teplovozu) dayandırmaq və radiorabitə vasitəsilə müvafiq məlumatları vermək.

Tələblər:

  • Təhsil: Peşə təhsili (müvafiq sahə üzrə).
  • Vəsiqə tələbi: Teplovoz maşinist köməkçisi vəsiqəsi.
  • Elektrik qurğularının istismarında texniki istismar qaydaları (TİQ) və texniki təhlükəsizlik qaydaları (TTQ).
  • Azərbaycan dəmir yollarının işarəvermə Təlimatı.
  • Qatarların hərəkəti və manevr işinə dair Təlimat.
  • Lokomotiv briqadalarının əməyinin mühafizəsinə dair təlimat.
  • Diqqətlilik, mühitə uyğunlaşma, peşəkar ehtiyatlılıq, problem həlletmə, aktiv dinlənmə.

Vakansiya Haqqında:

  • Son tarix: Noyabr 17, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Logistika və nəqliyyat

Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Teplovoz maşinist köməkçisi (İmişli)" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 17 noyabr 2024.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow