Coca Cola vakansiya: Coca-Cola Azerbaijan operator axtarır

Coca-Cola vakansiya: Coca-Cola Azerbaijan operator axtarır. Coca Cola-nın Azərbaycandakı iş elanları haqqında ətraflı məlumat verəcək, müraciət prosesi və tələbləri izah edəcəyik.

Aug 16, 2024 - 01:22
 0
Coca Cola vakansiya:  Coca-Cola Azerbaijan operator axtarır
Coca Cola vakansiya

Coca cola vakansiyaiş elanı. Coca Cola, dünyada tanınmış və prestijli bir şirkət olaraq, Azərbaycanda müxtəlif iş imkanları təqdim edir. Şirkət, peşəkar karyera qurmaq və özünü inkişaf etdirmək istəyən şəxslər üçün geniş vakansiyalar təklif edir. Bu məqalədə, Coca Cola-nın Azərbaycandakı iş elanları haqqında ətraflı məlumat verəcək, müraciət prosesi və tələbləri izah edəcəyik.

Vəzifə təlimatları:

  • Yüksək keyfiyyətli məhsul istehsal etmək;
  • Qoyulan istehsal hədəflərini həyata keçirmək üçün bütün komanda üzvləri ilə birlikdə həmkarlıqla çalışmaq;
  • Səmərəliliyini artırmaq üçün istifadə olunan avadanlığın işləməsinə cavabdeh olmaq;
  • Lazım gəldikdə maşınları dəyişdirmək;
  • Təchizatın texniki istismar qaydalarına uyğun şəkildə işləməsinə  nəzarət  və hər hansı bir uygunsuzluq ortaya çıxdıqda bu haqda lazımı əməkdaşları məlumatlandırmaq;
  • Təmir və digər əlaqədar servis işlərinin yerinə yetirilməsində texnik qrupun tərkibində iştirak etmək və  avadanlıqlarda müvafiq yoxlamaları aparmaq;
  • İstehsalatın davamlılığı və məhsuldarlığını təmin etmək üçün maşın, proses, keyfiyyətə zəmanət, iş sağlamlığı və təhlükəsizliyinə uyğun işləmə;

İş üç (3) növbəlidir:

  • Birinci növbə saat 07:30 başlanır və saat 15:30 qurtarır (fasilə vaxtı:13:00-14:00)
  • İkinci növbə saat 15:30 başlanır və saat 23:30 qurtarır (fasilə vaxtı:18:00-19:00)
  • Üçüncü növbə saat 23:30 başlanır və saat 07:30 qurtarır (fasilə vaxtı:02:00-03:00)

Tələblər:

  • Texniki sahə üzrə bakalavr təhsili
  • Müvafiq sahədə mininmum 1 il iş təcrübəsi
  • Tələb olunan avadanlıqla məsuliyyətli və təhlükəsiz şəkildə işləmə bacarığı
  • Komandada işləmə bacarığı
  • Ünsiyyət bacarığı

Vəzifə tərifi: Biz Təchizat Sistemləri / İstehsal komandamızın bir hissəsi olmaq üçün Operator axtarırıq.

İş yeri: Bakı, İsmayıllı

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow