Kapital Bank vakansiya: Biznes Analitik.
Kapital Bank, Azərbaycanın ən iri bankı, Biznes Analitik vakansiyası üçün enerjili və ambisiyalı mütəxəssis axtarır. Əlavə məlumat və müraciət üçün son tarix: 23 Sentyabr.
Öhdəliklər:
- Data əsaslı fəaliyyət strategiyası və qərar qəbuletmə ilə bağlı təkliflər vermək.
- Data analitikası sahəsində yenilikləri izləmək və innovasiyanın tətbiqini təşkil etmək.
- Müxtəlif sorğu və rəylərin hazırlanmasında iştirak etmək.
- Toplanmış məlumatların ümumi və keyfiyyət analizini təşkil etmək; aparılmış analizlər əsasında hesabat və təkliflərin hazırlanmasını təşkil etmək.
- Dövri statistik icmalın hazırlanması, statistika üçün məlumatların toplanması və ümumiləşdirilməsində iştirak etmək.
- BI (Business Intelligence) texnologiyalarının tətbiqini, müvafiq sistemlərin qurulmasını təşkil etmək və idarə edilməsində iştirak etmək.
- Mövcud hesabatların və BI həllərin işləkliyinə nəzarət etmək, uyğunsuzluq hallarında operativ müdaxilə edərək problemin həllini təmin etmək.
- Deskriptiv, diaqnostik hesabatların və təhlillərin hazırlanması; qərar qəbuletməyə təsir edəcək hesabat və rəylərin formalaşdırılması.
- Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan müraciətləri araşdırmaq və cavablandırılmasını təmin etmək.
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
- Analitik düşünmə qabiliyyəti və iri həcmli məlumatlarla işləmə bacarığı
- Məsuliyyətlilik, operativlik və dəqiqlik
- Komanda ilə işləmək bacarığı
- Yüksək səviyyədə Microsoft Excel bilikləri
- İri həcmli məlumat bazası və SQL sorğu dili ilə işləmə bacarığı
- Vizuallaşdırma alətlərindən ən azı biri ilə işləmə bacarığı
- Data analitika alətlərindən (Python, R və s.) ən azı biri ilə işləmə bacarığı
Biznes Analitik vakansiyası ilə maraqlananlar CV-lərini Kapital Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 23 sentyabr 2024 il.
What's Your Reaction?