Kontakt Home vakansiya: Mağaza rəhbəri (Oğuz).
Oğuz şəhərində "mağaza rəhbəri" vakansiyası axtaranlar üçün əla bir fürsət! Kontakt Home şirkəti, liderlik xüsusiyyətlərinə malik olan və müştəri məmnuniyyətini ön planda tutan namizədləri gözləyir.
Təsvir:
- Mağaza üzrə satışın effektiv həyata keçirilməsinə nəzarət edilməsi;
- Mağaza işçilərinin vəzifə təlimatına əsasən iş icrasına, daxili intizam qaydalarına və iş keyfiyyətinə nəzarət edilməsi;
- Mütemadi olaraq mağaza üzrə məhsul qalığının yoxlanılmasına nəzarət edilməsi;
- Struktur bölmələrdən gələn müraciətlərin araşdırılması və cavablandırılması;
- İstifadəyə yararsız, itmiş, xarab olmuş məhsulların aktlaşdırılması və müvafiq struktur bölmələrə bildirilməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Mağazanın təmizliyinin, səliqəsinin və təhlükəsizlik tədbirlərinin gözlənilməsinin təmin edilməsinə nəzarət edilməsi;
- Məhsul stendlərinin məhsullar ilə təmin edilməsinə nəzarət edilməsi.
Tələblər:
- Ali təhsil;
- Rəhbər vəzifəsində ən az 1 il iş təcrübəsi (mütləqdir);
- Səlis azərbaycan dili biliyi, rus dili biliyi üstünlükdür;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excel, Outlook);
- 1C proqramında işləmə bacarığı arzu olunandır;
- Liderlik xüsusiyyətləri;
- Yaranmış problemləri həll etmə bacarığı;
- Nəticə yönümlülük;
- Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş günləri: 6 günlük;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Son tarix: Oktyabr 14, 2024
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Mağaza rəhbəri (Oğuz) vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 14 oktyabr 2024 il.
What's Your Reaction?