Paşa Bank vakansiya: Hüquq şöbəsi Korporativ hüquq üzrə Mütəxəssis.

Paşa Bank-da Korporativ Hüquq üzrə Mütəxəssis vakansiyası açıqdır. Hüquq sahəsində ali təhsilə malik olan, 3 il iş təcrübəsi olan namizədlər axtarılır. İş mühitində bank xidmətlərinin hüquqi təminatı, normativ sənədlərin hazırlanması və müxbir banklarla müqavilələrin ekspertizasını həyata keçirmək imkanları təqdim edilir.

Sep 24, 2024 - 12:03
Sep 24, 2024 - 12:06
 0
Paşa Bank vakansiya: Hüquq şöbəsi Korporativ hüquq üzrə Mütəxəssis.
Paşa Bank vakansiya: Hüquq şöbəsi Korporativ hüquq üzrə Mütəxəssis.

Vakansiya Təsviri

İşiniz nədən ibarətdir?

  • Müxtəlif rəqəmsal və ya digər bank xidmətlərinin təqdim edilməsi istiqamətində, bankın biznes sahəsindən daxil olan sorğuların həll imkanları və metodları ilə təmin edilməsi sahəsində hüquqi təhlillərin aparılması və müvafiq təkliflərin şöbə rəhbərinə verilməsi;
  • Tənzimləyici qurumlar qarşısında müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi və rəqəmsallaşma çağırışlarına uyğun təkliflərin layihəsinin təşəbbüskarı olmaq;
  • Qanunvericiliyin mütəmadi izlənilməsi, banka təsir edən məqamlar üzrə bankdaxili kommunikasiyanın edilməsinə dəstək göstərmək;
  • Bankın əcnəbi işçilərinə iş icazələrinin əldə edilməsi və qeydiyyat sənədinin alınması üçün sənədlərin toplanması, Dövlət Miqrasiya Xidməti ilə əlaqələrin koordinasiyası;
  • Mərkəzi icra hakimiyyəti orqanları, publik hüquqi şəxslərlə bank arasında işin təşkilinə zəruri olan hüquqi dəstəyin göstərilməsi;
  • Yerli və xarici banklarda müxbir hesabların açılması üçün zəruri olan hüquqi (normativ) sənədlərin və ərizə formalarının toplanılması, zərurət olduqda notariat hərəkətlərinin aparılmasının təşkil edilməsi;
  • Bankın daxili normativ bazasının yeniləməsi, müvafiq sənədlərin yenilənməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
  • AR MB-da bankın inzibatçıları üçün nəzərdə tutulan sənədlərin toplanması üzrə İnsan Resursları Departamentinə hüquqi yardım göstərmək;
  • Bankın struktur bölmələrini sorğu əsasında hüquqi rəy və məsləhətlərlə təmin etmək;
  • Bank məhsulları ilə bağlı müqavilələrin, təminat müqavilələrinin, satınalma və qeyri-satınalma müqavilələrinin hazırlanması, reyestrinin aparılması, arxivləşdirilməsinin təşkil edilməsi;
  • Müxbir banklar və kənar maliyyə institutları ilə, habelə xarici tərəfdaşlarla müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Qiymətli kağızlar, yerli və qlobal maliyyə bazarındakı əməliyyatlarla bağlı bankın struktur bölmələrinə dəstək göstərmək;
  • Bankın rəhbərliyi ilə notariat əməliyyatlarının aparılmasının təşkilinə dəstək və hüquqi təminatı (apostil, leqallaşdırma daxil);
  • Bankın əqli mülkiyyət hüquqlarının qeydiyyatı və müdafiəsi üçün zəruri hərəkətlərin edilməsi;
  • Bankın subsidiarlarının, nümayəndəliklərinin, filiallarının və şöbələrinin qeydiyyatı, lisenziyası və fəaliyyəti üçün lazımi sənədlərin toplanmasına kömək etmək;
  • İnsan Resursları Departamentinə intizam xarakterli tədbirlərin görülməsində hüquqi yardım göstərmək.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: Hüquq sahəsində ali təhsil (bakalavr);
  • Tələb olunan iş təcrübəsi: 3 il iş təcrübəsi;
  • Xarici dillər: İngilis və rus dillərini səlis bilmək;
  • Kompüter bilikləri: Microsoft Office proqramları ilə işləmək bacarığı.

Son tarix: Noyabr 2, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Hüquq

Hüquq şöbəsi Korporativ hüquq üzrə Mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 2 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow