Abacus Audit &Consulting vakansiya: Mühasib axtarılır.
Bakı şəhərində mühasib vəzifəsi üçün Abacus Audit & Consulting işə qəbul elan edir. Vergi qanunvericiliyi, mühasibat uçotu və maliyyə hesabatları üzrə təcrübəli mütəxəssis axtarılır.
İş barədə məlumat:
- Vergi məcəlləsinin və milli mühasibat uçotu standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurur.
- Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil edir.
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir.
- Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir.
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparır.
- Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq.
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək.
- İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq.
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək.
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək.
- Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr edir (ölkədaxili və ölkəxarici).
- Gördüyü işlərlə bağlı aylıq hesabatlar tərtib edir.
- Maliyyə hesabatlarını (balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlayır.
- Məxfilik prinsiplərini pozmamaq.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- 5 günlük iş rejimi.
- Əmək haqqı 1500 - 2000 AZN.
Namizədə tələblər:
- Azı 5 il özəl sahənin və ya local consultinq sahəsində mühasiblik təcrübəsi olmalıdır.
- Vergi qanunvericiliyini və Milli Mühasibat uçotunu mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir.
- Beynəlxalq Mühasibat uçotunu bilməsi arzuolunandır.
- 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (istehsal və satış və s.).
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır.
- Excell proqramında yüksək səviyyədə işləmə bacarığı.
- Analitik düşüncə, proqnoz etmə bacarıqları.
- Problemləri təhlil və həll etmə bacarığı.
- PMS sertifikatı (KOS və ya MHBS).
Maraqlanan namizədlər, xahiş edirik vakansiyanın adını yazıb, CV-lərinizi [email protected] elektron ünvanına göndərəsiniz. Son müraciyət tarixi 18 oktyabr 2024 il.
What's Your Reaction?