Azərbaycan Hava Yolları vakansiya: Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə Mühəndis.

"Azərbaycan Hava Yolları" QSC əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vakansiyası elan edir. İş yeri Heydər Əliyev Beynəlxalq Hava Limanı, iş qrafiki dəyişkəndir. Müraciət etmək üçün elanı oxuyun.

Sep 2, 2024 - 12:30
Sep 2, 2024 - 12:46
 0
Azərbaycan Hava Yolları vakansiya: Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə Mühəndis.
Azərbaycan Hava Yolları vakansiya: Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə Mühəndis.

Vəzifə öhdəlikləri:

  • AZAL QSC-nin idarə, müəssisə və aviaşirkətində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etmək.
  • İdarə, müəssisə və aviaşirkətin rəhbərlərinə əməyin mühafizəsi üzrə təlimatların hazırlanmasında metodiki dəstək göstərmək.
  • Yeni işə qəbul olunan işçilərlə və istehsalat təcrübəsi keçirən tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçirmək.
  • İş yerlərində baş verən bədbəxt hadisələrin və peşə xəstəliklərinin səbəblərini araşdırıb təhlil etmək, təhlükəli və zərərli istehsalat amillərini müəyyənləşdirmək.
  • İşçilərə fərdi mühafizə vasitələrinin verilməsi, saxlanılması və təmizlənməsinə nəzarət etmək.
  • Təhlükəsizlik təlimatlarının hazırlanması və biliklərin yoxlanılmasını təşkil etmək.
  • Əməyin mühafizəsi üzrə hesabatların hazırlanması və bədbəxt hadisələr zamanı müvafiq qaydalara uyğun hərəkət etmək.
  • İşçilərin əməyin mühafizəsi üzrə şikayətlərinə baxaraq tədbirlər görmək.

Tələblər:

  • Peşə ilə bağlı təhsil və ya ali təhsil.
  • Əlavə kurs və seminarlar.
  • Azərbaycan dili ana dili, İngilis dili yaxşı səviyyədə.
  • Kompyuter bilikləri: Word, Excel, PowerPoint, Outlook.
  • Sahə üzrə 1-5 il iş təcrübəsi.
  • Komandada işləmək bacarığı və işə planlı yanaşma.
  • Ezamiyyə imkanları.

İş qrafiki:

  • İlk 6 ay həftə içi 5 gün, 09:00-18:00-dək
  • Daha sonra 12 saatlıq iş rejimi

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə Mühəndis vakansiyası ilə maraqlananlar CV-lərini Azərbaycan Hava Yolları-na göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 14 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow