ABB Bank vakansiya: Rəqəmsal kiçik biznes sahəsinin məhsul sahibi.

Məhsul sahibi vakansiyası: Bank sektorunda strateji düşüncə, məhsul inkişafı, Agile təcrübəsi və liderlik bacarıqları olan namizədlər üçün mükəmməl fürsət.

Sep 2, 2024 - 11:43
Sep 2, 2024 - 11:43
 0
ABB Bank vakansiya: Rəqəmsal kiçik biznes sahəsinin məhsul sahibi.
ABB Bank vakansiya: Rəqəmsal kiçik biznes sahəsinin məhsul sahibi.

Görəcəyiniz işlər:

  • Bankın strateji vizyonunu anlamaq və onu məhsul inkişafında tətbiq etmək.
  • Məhsul üzrə biznes metriclərin təyin edilməsi və nəticələrin izlənməsi.
  • Maraqlı tərəflərlə əlaqələrin qurulması və bu tərəflərə bankın məhsul vizyonu ilə bağlı ətraflı məlumatların çatdırılması.
  • Müştərilərin məhsul və xidmət ehtiyaclarının müəyyən edilməsi və bu ehtiyaclara uyğun həllərin təqdim edilməsi.
  • Prioritetlərin təyin edilməsi və məhsulla bağlı yerinə yetirilməmiş işlərin təşkil edilməsi.
  • Tələblərin dəqiq izahı və komanda üzvləri ilə müntəzəm əlaqə.
  • Müştəri davranışlarının araşdırılması və təhlili.
  • Müştərilərin geridönüşlərinin təhlili və lazımi yenilənmələrin edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Bank sektorunda minimum 3 il iş təcrübəsi və ya məhsul sahibi kimi ən azı 2 illik təcrübəyə sahib olan;
  • Bank məhsullarıproseslər üzrə bilik və təcrübəyə malik;
  • Agile (scrum) metodologiyasında təcrübəsi olan;
  • Məlumatların təhlili və istifadəsi sahəsində biliklərə sahib;
  • Product life cycledesign thinking haqqında biliklərə üstünlük veriləcək;
  • Liderlikdanışıqlar aparmaq üzrə güclü bacarıqları olan;
  • Strateji və taktiki düşüncə qabiliyyətinə malik şəxsdir.

Rəqəmsal kiçik biznes sahəsinin məhsul sahibi vakansiyası ilə maraqlananlar CV-lərini ABB Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow