Agro Food Investments vakansiya: Korporativ hüquqşünas.

Agro Food Investments şirkətində Korporativ Hüquqşünas vakansiyası mövcuddur. Kommersiya hüququ, müqavilə hüququ və korporativ idarəetmə sahəsində təcrübəsi olan hüquqşünaslar üçün mükəmməl bir imkan. Son müraciət tarixi 14 dekabr 2024.

Nov 15, 2024 - 13:31
Nov 15, 2024 - 13:33
 0
Agro Food Investments vakansiya: Korporativ hüquqşünas.
Agro Food Investments vakansiya: Korporativ hüquqşünas.

Öhdəliklər:

  • Müəssisənin rəhbərliyinə təqdim edilmiş hüquqi sənədlərin (əmr, qərar, təlimat, etibarnamə və digər daxili hüquqi sənədlər) qanunauyğunluğunu nəzərdən keçirərək müvafiq rəy vermək və ya dəyişiklik təklifləri təqdim etmək;
  • Dövlət qurumları ilə yazışmaların aparılmasında və şifahi danışıqların yerinə yetirilməsində iştirak etmək;
  • Müəssisənin mülki-hüquqi əqdlərini və digər hüquqi sənədləri hazırlamaq, hüquqi ekspertizalarda iştirak etmək;
  • Müəssisənin əqdlərinin hüquqi tənzimlənməsinə dəstək vermək və mövcud nümunələr əsasında yeni müqavilə və sənədlər hazırlamaq;
  • Müəssisənin hüquqi məsləhətə ehtiyacı olan digər bölmələrinə hüquqi yardım göstərmək, sorğulara rəy vermək və izahatlar təqdim etmək;
  • Məhkəmə mübahisələri zamanı müəssisəni təmsil etmək, mübahisələrin məhkəməyə qədər həllinə dair tədbirlər görmək.

Tələblər:

  • Hüquq sahəsində ali təhsil;
  • Kommersiya və müqavilə hüququ sahəsində, həmçinin korporativ idarəetmənin hüquqi tənzimlənməsi sahəsində minimum 3 illik iş təcrübəsi;
  • Azərbaycan dili mükəmməl səviyyədə, ingilis dili minimum B2-C1 səviyyəsində (rus dili bilikləri üstünlükdür);
  • Kargüzarlıq (dövlət qaydaları əsasında) bilikləri;
  • MS Office proqramlarında (WORD, EXCEL, OUTLOOK və PowerPoint) səmərəli işləmə bacarığı;
  • Yaxşı ünsiyyət bacarıqları, dürüstlük, peşəkarlıq və öyrənməyə açıqlıq.

Vəzifə haqqı və son müraciət tarixi:

Bu vakansiya üzrə müraciətlər üçün son tarix 14 dekabr 2024-cü ildir.

Əgər siz də Agro Food Investments-də Korporativ Hüquqşünas kimi fəaliyyət göstərmək istəyirsinizsə, müraciət etməyi unutmayın.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow