AQA Şirkətlər Qrupu vakansiya: Baş mühasib.

AQA Şirkətlər Qrupu Baş Mühasib vakansiyasını elan edir. Baş mühasib vəzifəsi üzrə müraciət etmək üçün mühasibatlıq, maliyyə və vergi hesabatları üzrə təcrübəniz olmalıdır. Müvafiq sahə üzrə iş təcrübəsi və peşəkar mühasib sertifikatı tələb olunur. Baş mühasib olaraq çalışmaq üçün müraciət edin!

Nov 7, 2024 - 11:35
Nov 7, 2024 - 11:37
 0
AQA Şirkətlər Qrupu vakansiya: Baş mühasib.
AQA Şirkətlər Qrupu vakansiya: Baş mühasib.

Vəzifə Öhdəlikləri:

  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanunlarına və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun mühasibatlıq fəaliyyətini təşkil etmək;
  • Daxil olan pul vəsaitləri, mal-material ehtiyatları və əsas vəsaitlərin uçotunu təmin etmək;
  • Hesabatların tərtib edilməsivergi riskləri barədə müvafiq tədbirlərin görülməsi;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi və əməliyyatların düzgün qeydə alınması;
  • Debitor və kreditor borcları ilə bağlı əməliyyatların düzgün aparılması;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyə hesablamalarının düzgün aparılması;
  • Vergi orqanına müvafiq hesabatların təqdim edilməsi (Vahid bəyannamə, ÖMV, ƏDV və s.).

Tələblər:

  • Peşəkar mühasib sertifikatına (PMS MHBS) malik olmaq mütləqdir;
  • Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların olması (ACCA, F3 və s.);
  • Bakalavr təhsili (Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə);
  • Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi (Xüsusilə maliyyə və bank sahələrində təcrübəsi olanlara üstünlük veriləcək);
  • Peşəkar səviyyədə Microsoft Office proqramları, xüsusilə Excel bilikləri.

İş Şəraiti:

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir.

İş Yeri:

  • Ünvan: 37 Xocalı prospekti, Bakı, Azərbaycan

Son Müraciət Tarixi:

  • 16 Dekabr 2024

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow