AQA Şirkətlər Qrupu vakansiya: Elektrik axtarılır.
AQA Şirkətlər Qrupu "Elektrik" vakansiyası üçün elektrik sahəsində mütəxəssis axtarır. İş təhlükəsizliyi, elektrik sxemləri və montaj bacarıqları önəmlidir. 1-3 il təcrübəsi olan namizədləri gözləyirik.
Vəzifə Öhdəlikləri:
- İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət etmək.
- Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilmək.
- Elektrik sxemlərini oxumaq bacarığına malik olmaq.
- Elektrik xəttlərinin çəkilişi zamanı texnoloji ardıcıllığı qorumaq.
- Sxemlərə uyğun elektrik şəbəkələrinin montajını aparmaq.
- Elektrik materialları və aksesuarlarını tanımaq, onların xüsusiyyətlərini bilmək və istifadə edə bilmək.
- Aşkar olunmuş nasazlıqları aradan qaldırmaq.
- Elektrik işlərini normativ qaydalara uyğun aparmaq.
- Şirkətdaxili qaydalara, təlimat və prosedurlara riayət etmək.
- Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Müvafiq sahə üzrə (xidmət) iş təcrübəsi (1-3 il).
- Fiziki cəhətdən sağlam olmaq.
- Məsulliyyətlilik və punktuallıq.
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
- Komandada işləmək bacarığı.
- Sertifikat/vəsiqə/lisenziya: müvafiq istiqamət üzrə arzuolunandır.
- Lazım olduqda ezamiyyətə gedə bilmək.
Vakansiya Haqqında:
- Son tarix: Noyabr 27, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Tikinti və Daşınmaz əmlak
- İmtiyazlar: Ödənişli məzuniyyət
What's Your Reaction?