AQA Şirkətlər Qrupu vakansiya: Tələbə koordinatoru axtarılır.
AQA Şirkətlər Qrupu, LTC Lab brendinə aid Tələbə Koordinatoru vakansiyası elan edir. Ali təhsilli, yüksək nitq qabiliyyətinə malik namizədlər üçün mükəmməl fürsət.
Vəzifə Öhdəlikləri
- Yeni qəbul olunmuş tələbələr üçün orientasiya proqramlarını keçirmək.
- Tələbələri müvafiq dərs materialları ilə təmin etmək.
- Tələbələri kurs müddətindəki proseslər haqqında mütəmadi məlumatlandırmaq (dərsin başlaması, qeyri-iş günlərində dərslərin keçirilib-keçirilməməsi, imtahan tarixləri və s.).
- Hər həftə və ay sonunda hesabatların hazırlanması.
- Təqdimat, imtahan və interview günləri üçün otaq təyin etmək, otaqdakı şəraiti və avadanlıqları istifadə üçün hazır vəziyyətə gətirmək.
- Tələbələrin qiymətləndirmə prosedurlarını tamamlamaq və nəticələri elektron poçt vasitəsilə göndərmək.
- Tələbələrlə periodik görüşlər və sorğular keçirərək məlumatları analiz edib baş koordinator ilə paylaşmaq.
- Tələbələrin məzuniyyət və sertifikasiya prosesini icra etmək.
- Tələbələr üçün tədbirlərin təşkilatında iştirak etmək.
- Baş koordinatorun tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Ali təhsil;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi, rus və ingilis dili biliyi arzuolunandır;
- Yüksək nitq qabiliyyəti, dürüstlük, işgüzarlıq, məsuliyyətlilik;
- Kollektivlə işləmə bacarığı.
İş Saatı: 12:00-21:00, bir saat nahar fasiləsi
Son Müraciət Tarixi: Oktyabr 30, 2024
https://jobs.glorri.az/vacancies/agagroup/agagroup-telebe-koordinatoru/apply müraciyət üçün link.
What's Your Reaction?