ATB Bank vakansiya: Daxili Nəzarət Departamentinin Daxili nəzarət və frod halların araşdırılması şöbəsində baş mütəxəssis.
ATB Bank Daxili Nəzarət Departamentində Baş Mütəxəssis vakansiyası. Daxili nəzarət, frod halların araşdırılması və qanun pozuntularının aşkarlanması üzrə tələblər və məsuliyyətlər.
Təsvir
Baş mütəxəssis aşağıdakı vəzifələri yerinə yetirəcək:
- Bank fəaliyyətinin bütün sahələrində qanun pozuntularını (dələduzluq, mənimsəmə və s.) aşkarlamaq və araşdırmaq.
- Nəzarət boşluqlarını müəyyənləşdirərək, təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
- Nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqində iştirak etmək.
- Bankda aparılan əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu monitorinq etmək, kənarlaşmaların aradan qaldırılması üçün tədbirlər görmək.
Tələblər
Namizədlərdən aşağıdakı tələblərə cavab verməsi gözlənilir:
- Ali iqtisadi təhsil.
- Bank sahəsində minimum 3 il iş təcrübəsi (nəzarət, audit və ya risk sahəsində 1 ildən artıq iş təcrübəsi olan namizədlər də müraciət edə bilər).
- Azərbaycan dilini səlis bilmək (rus və ingilis dili bilikləri arzuolunandır).
- Yaxşı səviyyədə MS Excel bacarığı (SQL və Power BI bilikləri üstünlük hesab olunur).
- CİA, CFE sertifikatlarının olması arzuolunandır.
- Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə biliklər.
- Frod əməliyyatları barədə anlayış.
- Analitik təhlil qabiliyyəti, məsuliyyətlilik və komandada işləmək bacarığı.
Vakansiya Haqqında
- Son tarix: Noyabr 23, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
What's Your Reaction?