ATB Bank vakansiya: Maliyyə Monitorinqi və Komplayens Departamentinin AML şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssis.

ATB Bank-da maliyyə monitorinqi üzrə aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyası. ƏL/TMM sahəsində müvafiq iş təcrübəsinə malik namizədlər axtarılır. Müraciət etmək üçün son tarix 26 oktyabr 2024.

Sep 30, 2024 - 10:51
Sep 30, 2024 - 10:56
 0
ATB Bank vakansiya: Maliyyə Monitorinqi və Komplayens Departamentinin AML şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssis.
ATB Bank vakansiya: Maliyyə Monitorinqi və Komplayens Departamentinin AML şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssis.

Vəzifə öhdəlikləri:

  • Bank əməliyyatları zamanı müştərilərin qeyri-qanuni yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısını almaq və müvafiq nəzarət mexanizmlərini həyata keçirmək;
  • ƏL/TMM (Cinayət Yoluyla Pul Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi) üzrə qanunvericilik və beynəlxalq standartlar haqqında məlumatların bank əməkdaşlarına çatdırılması;
  • ƏL/TMM risklərini müəyyən etmək məqsədilə bankın müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək;
  • Müxbir banklarla əlaqələrə nəzarət etmək, anketləri doldurmaq və cavablandırmaq;
  • WORLD-CHECK və digər məlumat-axtarış sistemlərinin xidmətlərindən istifadə etməklə xarici hüquqi və fiziki şəxslərin əməliyyatlarına nəzarət etmək;
  • Bank məhsul və xidmətlərinin qanunla qadağan olunmuş məqsədlər üçün istifadəsinin qarşısını almaq.

Tələblər:

  • İqtisadi sahədə ali təhsil;
  • Bank sektorunda ən azı 1 illik iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini mükəmməl, rus dilini isə orta səviyyədə bilmək;
  • Microsoft Office, FlexCube, Business Intelligence, Caspel kimi proqramlarda işləmə bacarığı;
  • Analitik təhlil qabiliyyəti və şübhəli əməliyyatlara diqqət etmək bacarığı;
  • Ünsiyyət və işgüzar münasibətlərin qurulması qabiliyyəti.

İş növü: Tam ştat

Vakansiyanın son müraciət tarixi: 26 Oktyabr 2024

Maliyyə Monitorinqi və Komplayens Departamentinin AML şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini ATB Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 26 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow