ATB Bank vakansiya: Sumqayıt KOB ofisi və Rəqəmsal Filialının Kiçik və Orta Biznes Kreditləri Şöbəsində Satış üzrə mütəxəssis.
Sumqayıt KOB ofisi, ATB Bank-da Satış üzrə mütəxəssis axtarır. Ali təhsil və müvafiq iş təcrübəsi ilə müraciət edin. Kredit portfelinin idarə edilməsi və müştərilərlə yüksək ünsiyyət bacarıqları vacibdir. Müraciət tarixini qaçırmayın!
Vəzifələr:
- Bankın məhsullarının Sumqayıt bazarında müvafiq müştərilərə tanıdılması.
- Sifarişlərin təhlil edilərək müzakirəyə təqdim edilməsi.
- Aylıq satış planlarının icrası.
- Kredit portfelinin qurulması və keyfiyyətli idarə edilməsi.
- Sumqayıt regionu üzrə Kiçik və Orta Biznes subyektləri ilə əlaqələrin qurulması.
- Bankın məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasını təşkil etmək.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar).
- Bankda Mikro kreditlər və ya Kiçik və Orta Biznes kreditləri üzrə 1-3 il iş təcrübəsi.
- Səlis Azərbaycan dili biliyi; xarici dil biliyi arzuolunandır.
- MS Office proqramlarından istifadə etmək bacarığı.
- Analitik təhlil etmə, biznes analizi və maliyyə hesabatlarının təhlilini aparmaq bacarığı.
- Müştərilərlə yüksək ünsiyyət qurmaq bacarığı.
- Təhlil və qərar vermə bacarıqları.
- Qeyri-standart vəziyyətlərdə stresə davamlılıq qabiliyyəti.
- Müxtəlif satış kanalları ilə işləmə bacarığı.
- Öyrənmə və öyrətmə bacarıqları.
- Sumqayıt şəhəri üzrə iş fəaliyyəti göstərmək imkanı.
Vakansiya haqqında:
- Son tarix: Noyabr 30, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?