ATB Bank vakansiya: Sumqayıt KOB ofisi və Rəqəmsal Filialının Kiçik və Orta Biznes Kreditləri Şöbəsində Satış üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis.
umqayıtda ATB Bank-da Satış üzrə Mütəxəssis vakansiyası. Bankın məhsullarının tanıdılması, satış planlarının icrası və kredit portfelinin idarə edilməsi üzrə mütəxəssis axtarılır. İndi müraciət edin!
Təsvir:
ATB Bank, Sumqayıt bazarında müvafiq müştərilərə bankın məhsullarını tanıtmaq, sifarişləri təhlil edərək müzakirəyə təqdim etmək və aylıq satış planlarını icra etmək üçün Satış üzrə mütəxəssis axtarır. Kiçik və Orta Biznes Kreditləri Şöbəsinin tərkibində çalışacaq mütəxəssis, kredit portfelinin qurulması və keyfiyyətli idarə edilməsi, eləcə də Sumqayıt regionu üzrə Kiçik və Orta Biznes subyektləri ilə əlaqələrin qurulması və bankın məhsul və xidmətlərinin səmərəli satışını təşkil edəcək.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, bankçılıq və əlaqəli ixtisaslar);
- Bankda Mikro kreditlər və ya Kiçik və Orta Biznes kreditləri üzrə 1-3 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Analitik təhlil etmə, biznes analizi və maliyyə hesabatlarının təhlilini aparmaq bacarığı;
- Müştərilərlə yüksək ünsiyyət qurmaq bacarığı;
- Təhlil və qərar vermə bacarıqları;
- Qeyri-standart vəziyyətlərdə stresə davamlılıq qabiliyyəti;
- Müxtəlif satış kanalları ilə işləmə bacarıqları;
- Öyrənmə və öyrətmə bacarıqları;
- Sumqayıt şəhəri üzrə iş fəaliyyəti göstərmək imkanı.
Sumqayıt KOB ofisi və Rəqəmsal Filialının Kiçik və Orta Biznes Kreditləri Şöbəsində Satış üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini ATB Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 19 oktyabr 2024 il.
What's Your Reaction?