Atəşgah Sığorta vakansiya: Kargüzarlıq üzrə mütəxəssis.
Atəşgah Sığorta Şirkəti kargüzarlıq üzrə mütəxəssis axtarır. Kargüzarlıq sahəsində təcrübəsi olan namizədlər üçün əla imkan. Ali hüquq təhsili, dil bilikləri və Microsoft Office bacarıqları tələb olunur.
Əsas Vəzifə Öhdəlikləri
- Şirkətə daxil olan sənədlərin qeydiyyatını aparmaq, rəhbərliyə dərkənar üçün təqdim etmək, aidiyyəti şəxslərə sənədləri çatdırmaq.
- Xaric olan məktubları müvafiq qaydada işləyib, qeydiyyata almaq, göndərilməsini təşkil etmək.
- Şirkətin daxili normativ sənədlərinin və müqavilələrin razılaşdırılmasını həyata keçirmək.
- Etibarnamələrin qeydiyyatını aparmaq.
- Sənədlərin göndərilməsini təşkil etmək.
- Möhürlərin qeydiyyatını aparmaq.
- Tərcümə şirkətləri ilə iş aparmaq, sənədləri tərcüməyə təqdim etmək və təhvil almaq.
- Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Təhsil: Ali hüquq təhsili.
- İş təcrübəsi: Kargüzarlıq sahəsində və ya arxiv idarəsində olanlara üstünlük verilir.
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla) və əlavə olaraq İngilis dili (arzuolunandır).
- Komputer bilikləri: Microsoft Office (Word, Excel, Power Point) və arxiv proqramları.
İş Şərtləri
- Əmək müqaviləsi: Bağlanılır.
- İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir).
- Əmək haqqı: Müsahibə əsnasında bildiriləcək.
Müraciət üçün Son Tarix
Noyabr 30, 2024
What's Your Reaction?