Atəşgah Sığorta vakansiya: Risklərin idarə edilməsi üzrə menecer.
Atəşgah Sığorta Şirkətində Risklərin İdarə Edilməsi üzrə Menecer vəzifəsi üçün müraciət edin.
Əsas Vəzifə Öhdəlikləri:
- Risk insident bazasına daxil olan riskləri analiz edərək lazımı məlumatları toplamaq
- Şirkətin fəaliyyəti ilə bağlı əməliyyat və bazar riskləri, həmçinin digər riskləri müəyyən etmək, qiymətləndirmək və onların qarşısını almaq üçün tədbirlər təklif etmək
- Risklərin idarəedilməsinin effektiv həyata keçirilməsi üçün müvafiq struktur bölmələri ilə müntəzəm görüşlər təşkil etmək
- Risk xəritəsini hazırlamaq və onun icrasının monitorinqini həyata keçirmək
- Risklərin tanınması və idarə edilməsi baxımından şirkətin fəaliyyətini əhatə edən bütün proseslər, prosedur, normativ sənədlər, yeni məhsul və xidmətlərə rəy vermək
- Şirkətin hər bir mövcud və ya yeni məhsuluna, proses və tariflərinə baxmaq və onların risk siyasətinə uyğunlaşdırılması üçün tədbirlər həyata keçirmək
İş Şərtləri:
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir)
- İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00
Tələblər:
- Təhsil: Ali (Maliyyə və Mühasibatlıq, Risklərin İdarə Edilməsi, Riyaziyyat, Statistika üzrə bakalavr və ya magistr təhsilinin olması üstünlükdür)
- İş Təcrübəsi: Müvafiq sahədə ən azı 3 il
- Dil Bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (yaxşı)
- MS Office Proqramları üzrə Biliklər: Xüsusilə, MS Excel
- Risk və Maliyyə Hesabatlığının Təhlili Bacarığı
- Yüksək Səviyyədə Analitika və Problem Həlletmə Bacarığı
- Risklərin İdarə Edilməsi Sahəsində Sertifikatların Olması Üstünlükdür
Risklərin idarə edilməsi üzrə menecer vakansiyası ilə maraqlananlar CV-lərini Atəşgah Sığortaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 16 oktyabr 2024 il.
What's Your Reaction?