Azərbaycan Dəmir Yolları vakansiya: İşə qəbul üzrə mütəxəssis.

Azərbaycan Dəmir Yolları işə qəbul üzrə mütəxəssis axtarır. Namizəd işə qəbul proseslərini idarə etməli, insan resurslarının idarə edilməsi sahəsində təcrübəli olmalıdır.

Sep 21, 2024 - 10:56
Sep 21, 2024 - 11:02
 0
Azərbaycan Dəmir Yolları vakansiya: İşə qəbul üzrə mütəxəssis.
Azərbaycan Dəmir Yolları vakansiya: İşə qəbul üzrə mütəxəssis.

Vəzifə öhdəlikləri:

  • İşə qəbul prosesləri. Bütün xətti rəhbərlər və komanda üzvləri ilə əməkdaşlıq edərək işə qəbul proseslərinin idarə olunması və münasibətlərin qurulması;
  • CV-lərin nəzərdən keçirilməsimüraciətlərin dəyərləndirilməsi;
  • Vakansiyalar üzrə elanların ADY-nın karyera səhifəsi və müxtəlif platformalarda yerləşdirilməsi;
  • Namizədlərin işçi tələb forması əsasında seçim kriteriyalarına görə qiymətləndirilməsi və qısa siyahının hazırlanması;
  • İş təkliflərinin hazırlanması və seçilmiş namizədlərə təqdim edilməsi;
  • İşə qəbul prosesi ilə bağlı hesabatlılığın aparılması və namizəd hovuzunun idarə edilməsi.

Tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi sahəsində üstünlük verilir);
  • Təcrübə: Müvafiq sahədə ən azı 2 illik təcrübə;
  • Dillər: İngilis və Rus dili bilikləri üstünlükdür;
  • Kompüter bilikləri: MS Office proqramlarına sərbəst malik olmaq;
  • AR Əmək Məcəlləsi və əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək;
  • İnsan resurslarıişə qəbul modulu haqqında nəzəri və praktiki biliklərə sahib olmaq.

Vakansiya haqqında:

  • Vakansiyanın son müraciət tarixi: 30 sentyabr 2024
  • Vakansiya növü: Tam ştat
  • İş yeri: Bakı, Azərbaycan, Dilarə Əliyeva küçəsi.

Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "İşə qəbul üzrə mütəxəssis" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 30 sentyabr 2024.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow