Azərbaycan Dəmir Yolları vakansiya: Risk inzibatçılığı üzrə mütəxəssis axtarılır.
Risk inzibatçılığı üzrə mütəxəssis vəzifəsi üçün Azərbaycan Dəmir Yollarında açıq vakansiya. Əməliyyat və maliyyə risklərinin səmərəli idarə edilməsi üzrə bacarıqlı şəxslər axtarılır. Müvafiq sahə üzrə ali təhsil, analitik düşüncə və yüksək kommunikasiya bacarıqları tələb olunur.
Vəzifələr
- Əməliyyat və maliyyə risklərinin cari sahiblərini aşkar etmək və onların səmərəli idarə edilməsi üzrə əminliyi artırmaq;
- Risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təşkil etmək, siyasət və qaydaların tətbiqinin qiymətləndirilməsində iştirak etmək;
- ADY-nin digər struktur bölmələrindən alınan məlumatları təhlil edərək risklərin müəyyən edilməsi və qiymətləndirilməsini həyata keçirmək;
- Risklərin effektiv idarə edilməsi üçün minimallaşdırma, ötürmə və riskdən qaçma tədbirləri ilə bağlı təkliflər vermək;
- Risk idarəetmə strategiyasına riayət edilməsinin monitorinqini aparmaq;
- Risk limitlərinin hesablanması və dəyişikliklərin edilməsi üzrə təkliflər hazırlamaq;
- ADY risk iştahası bəyannaməsinin hazırlanmasında iştirak etmək;
- Məhsul və proses üzrə risklərin azaldılması tədbirlərindən sonra qalıq risklərin qiymətləndirilməsini həyata keçirmək;
- Adeqvat nəzarət prosedurlarının müəyyən edilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim etmək;
- Tapşırılmış istiqamətlər üzrə araşdırmalar aparmaq və hesabatlar hazırlamaq;
- Risk hadisələri ilə bağlı məlumatları toplamaq, arxivləşdirmək və təhlil etmək;
- Əsas risk göstəricilərini toplamaq, təhlil etmək və görülən tədbirlərin hazırlanmasında iştirak etmək.
Tələblər
- Tәhsil pillәsi: Ali (müvafiq sahə üzrə);
- Dil bilikləri: Rus dili - orta, İngilis dili - orta;
- Risklərin idarə edilməsi üzrə ISO 31000-2018 və COSO ERM standartları üzrə biliklər;
- Analitik düşüncə tərzi;
- Komandada işləmək və yüksək kommunikasiya bacarıqları.
Müraciət
- Son tarix: Oktyabr 9, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Risk inzibatçılığı üzrə mütəxəssis" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 9 oktyabr 2024.
What's Your Reaction?