ATB Bank vakansiya: Sumqayıt KOB ofisi və Rəqəmsal filialında Məsləhətçi (təcrübəçi).
ATB Bank, Sumqayıt KOB ofisi və Rəqəmsal filialında Məsləhətçi (təcrübəçi) vakansiyası təqdim edir. İqtisadi sahədə təhsil almış namizədlər üçün müştəri məmnuniyyətini ön planda tutaraq bank məhsulları və xidmətləri haqqında müştərilərə dəqiq məlumat vermək imkanı.
İş Təsviri
ATB Bank, Sumqayıt KOB ofisi və Rəqəmsal filialında Məsləhətçi (təcrübəçi) vəzifəsi üzrə aşağıdakı məsuliyyətlər mövcuddur:
- Bankın təqdim etdiyi bütün növ bank məhsulları və xidmət növləri haqqında müştərilərə məlumat vermək;
- Müştərinin əməliyyatını icra etmək səlahiyyətində olmadığı halda müştərini aidiyyəti üzrə yönləndirmək;
- Müştərilərə növbə talonu almaqda kömək etmək və zalda növbəyə nəzarət etmək;
- Telefon vasitəsi ilə Banka edilən müraciətləri və sorğuları operativ şəkildə cavablandırmaq və ya aidiyyəti üzrə yönləndirmək;
- Şikayət və digər məsələlərlə bağlı filial rəhbərliyinə operativ şəkildə məlumat vermək;
- Sorğulara əsasən Bankın müştərilərə təqdim etdiyi məhsul, xidmət, tariflər və digər məlumatları təmin etmək;
- Müştəri sorğusuna əsasən onun hesabları üzrə əməliyyatlar haqqında yazılı və ya şifahi məlumat vermək (vəsaitin qalıqları, vəsaitin hərəkəti və s.).
Qeyd: Təcrübəni uğurla başa vuran namizədlərin işə qəbulu nəzərdə tutulur.
Tələblər
- Ali təhsil (iqtisadi təhsil arzu olunandır);
- Azərbaycan dilində səlis danışma və yazma bacarığı (xarici dil arzuolunandır);
- Analitik düşünmə və təhlil bacarığı;
- Ünsiyyət qurma bacarığı;
- Komandada işləyə bilmə bacarığı;
- Stressə davamlılıq.
Vakansiya haqqında
- Son tarix: Noyabr 17, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
https://jobs.glorri.az/vacancies/atb/atb-sumqayit-kob-ofisi-ve-reqemsal-filialinda-meslehetci-tecrubeci/apply müraciyət üçün link.
What's Your Reaction?