Azərbaycan Dəmir Yolları vakansiya: Yol montyoru (Bakı və Sumqayıt üzrə).
Yol montyoru vakansiyası, Azərbaycan Dəmir Yolları tərəfindən Bakı və Sumqayıt üzrə açılmışdır. Fiziki işə dözümlü, yol təhlükəsizliyi qaydalarına bələd olan və müvafiq təhsilə sahib şəxslər üçün mükəmməl bir fürsətdir.
Təsvir:
- Gündəlik təmir işləri üçün rəhbərdən müvafiq təlimat almaq və həmin təlimatların jurnalını imzalamaq.
- İş alətlərinin və mühafizə vasitələrinin yararlılığını yoxlamaq.
- İşə getmə və qayıtma marşrutuna uyğun olaraq yolun üst quruluşu materiallarını (yoldəyişən qurğu, relslər, şpallar, tirlər, bağlayıcılar) yükləmək və boşaltmaq.
- Materialların daşıması üçün yol vaqoncuğu və ya drezinlə işləmək.
- İş alətlərini və materialları drezinə yükləyərkən kranla işləmək, yolu çəpərləmək üçün siqnalçıları təyin etmək.
- Standartlara uyğun olaraq yolda əsaslı, orta və cari təmir işlərini yerinə yetirmək.
- Yoldəyişənlərin təmizlənməsi, yağlanması, yolların kənarlarının otdan və alaqlardan təmizlənməsi.
- Körpü və süni qurğular üzrə təmir işlərini həyata keçirmək.
Tələblər:
- Təhsil: Tam orta.
- Yolda istifadə olunan materiallar, iş alətləri və mühafizə vasitələri haqqında məlumatlı olmaq.
- Fiziki işə və açıq havada işləməyə dözümlü olmaq.
- İstehsalat və yol təhlükəsizliyi qaydaları barədə məlumatlı olmaq.
Vakansiya haqqında:
- Son tarix: Oktyabr 2, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Logistika və nəqliyyat
Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Yol montyoru (Bakı və Sumqayıt üzrə)" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 2 oktyabr 2024.
What's Your Reaction?