Azərbaycan Hava Yolları vakansiya: Aparıcı UX/Uİ dizayner/ E-commerce department.
"Azərbaycan Hava Yolları" QSC, e-commerce department üçün aparıcı UX/UI dizayner axtarır. Minimum 2 illik iş təcrübəsi olan namizədlər, müştəri tələblərinə uyğun dizaynlar yaratmaq, istifadəçi araşdırmaları aparmaq və dizayn sistemləri ilə bağlı layihələrdə iştirak etmək imkanı qazanacaqlar. İstədiyiniz peşəkar inkişaf üçün bu fürsəti qaçırmayın!
Təsvir
- Məhsulun yol xəritəsini, xüsusiyyətlərini və məhsul tələblərindəki dəyişiklikləri anlamaq üçün Məhsul Meneceri ilə sıx əməkdaşlıq etmək.
- Müştəri tələblərinə, məhsulun vizyonuna və biznes tələbinə uyğun istifadəçi mərkəzli dizaynlar yaratmaq; A/B testlər aparmaq.
- Şirkət üzrə mövcud proseslərin avtomatlaşdırılması və gələcək üçün proqram təminatlarının dizayn modellərinin hazırlanması.
- Dizayn təkmilləşdirmələri üçün yeni ideyaların toplanması məqsədilə istifadəçi araşdırmaları və istifadəyə yararlılıq testləri aparmaq.
- Müasir trendləri nəzərə alaraq Desktop, tablet və mobil formatları üçün Wireframe və Design sisteminə uyğun dizayn çəkmək.
- Dizayn sisteminin yaradılması prosesinə rəhbərlik etmək və icra etmək.
Tələblər
- İş təcrübəsi: Minimum 2 il UX/UI dizayner kimi iş təcrübəsi.
- Təhsil: Ali təhsil/bakalavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta.
- Üstünlüklər: Xarici vendorla işləmək təcrübəsi.
- Kompüter bilikləri: Figma, FigJam, Adobe Illustrator, Google Analytics.
İş Şəraiti
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək.
- Nəqliyyat: Şirkət tərəfindən təmin olunur.
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Vakansiya haqqında
- Son tarix: Noyabr 23, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Digər
What's Your Reaction?