Azərbaycan Hava Yolları vakansiya: “Bakıaeronaviqasiya” HHİ (Hava Hərəkətini İdarəetmə) Dispetçeri.
"Bakıaeronaviqasiya" HHİ-də Dispetçer vakansiyası ilə bağlı ətraflı məlumat alın. Aviasiya sahəsində kariyeranıza başlayın, Hava Hərəkətini İdarəetmə sistemindəki məsuliyyətlər və tələbləri nəzərdən keçirin.
Vəzifə Öhdəlikləri
- Hava hərəkətini idarəetmə dispеtçеri, öz məsuliyyət zonasının müəyyən olunmuş sərhəd hüdudlarında radiotexnika və radiоlоkasiya vasitələri istifadə edərək hava gəmilərinin hərəkətini idarə edir.
- Hava gəmilərinin hərəkətinin idarə olunması prosesində, hava hərəkətinin təhlükəsizliyinə dair, hərbi hava qüvvələri və hava hərəkətinin idarə olunması üzrə qonşu dispеtçеr məntəqələri ilə qarşılıqlı əlaqədə işləyir.
- Hava gəmilərinin heyətlərinə uçuşun yerinə yetirilməsi haqqında dəqiq və vaxtında zəruri göstərişlər və məlumat verir.
- Nəzarət etdiyi yaxın zonalarda hava və meteoroloji vəziyyəti öyrənib təhlil edir, hava gəmilərinin təhlükəli meteotəzahür zonasına daxil olmasının qarşısını almaq üçün tədbirlər görür.
- Hava gəmilərinin təhlükəsiz hərəkəti təmin olunmadıqda, hava gəmilərinin heyətlərinə uçuşların yerinə yetirilməsini qadağan edir.
Tələblər
- Vətəndaşlıq: AR vətəndaşı olmaq
- Yaş: 22-30 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda), maksimum 35 (uyğun təcrübə olduğu halda)
- Təhsil: Ali aviasiya ixtisas təhsili
- Dil bilikləri: Azərbaycan – səlis, İngilis – ICAO üzrə 4-cü səviyyə aviasiya ingilis dili bilikləri
- Qavrama və tez reaksiya vermə bacarığı
- Məsuliyyət və intizamlı olmaq
- Komandada çalışmaq bacarığı
“Bakıaeronaviqasiya” HHİ (Hava Hərəkətini İdarəetmə) Dispetçeri vakansiyası ilə maraqlananlar CV-lərini Azərbaycan Hava Yolları-na göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 12 oktyabr 2024 il.
What's Your Reaction?