Azərbaycan Hava Yolları vakansiya: Regional Hava Limanları üzrə HHİ (Hava Hərəkətini İdarəetmə) Dispetçeri.

Azərbaycan Hava Yolları QSC, regional hava limanları üzrə HHİ dispetçeri vakansiyası təqdim edir. Əgər aviasiya sahəsində geniş biliklərə sahibsinizsə və hava hərəkətinin təhlükəsizliyini təmin etmək istəyirsinizsə, müraciət edin.

Sep 5, 2024 - 15:37
Sep 5, 2024 - 15:40
 0
Azərbaycan Hava Yolları vakansiya: Regional Hava Limanları üzrə HHİ (Hava Hərəkətini İdarəetmə) Dispetçeri.
Azərbaycan Hava Yolları vakansiya: Regional Hava Limanları üzrə HHİ (Hava Hərəkətini İdarəetmə) Dispetçeri.

Vəzifə Öhdəlikləri:

  • Hava hərəkətini idarəetmə dispetçeri, sərhəd hüdudlarında radiotexnika və radiolokasiya vasitələri istifadə edərək hava gəmilərinin hərəkətini idarə edəcək.
  • Hava gəmilərinin hərəkətinin idarə olunması prosesində, hava hərəkətinin təhlükəsizliyinə dair, hərbi hava qüvvələri və qonşu dispetçer məntəqələri ilə qarşılıqlı əlaqədə işləyəcək.
  • Uçuşun yerinə yetirilməsi ilə bağlı dəqiq və vaxtında göstərişlər və məlumatlar verəcək.
  • Nəzarət etdiyi bölgələrdə hava və meteoroloji vəziyyəti öyrənib təhlil edəcək, hava gəmilərinin təhlükəli meteoroloji zonalara daxil olmasının qarşısını alacaq.
  • Hava gəmilərinin təhlükəsiz hərəkətini təmin etmədikdə, uçuşların yerinə yetirilməsini qadağan edəcək.

Tələblər:

  • Azərbaycan Respublikası vətəndaşı olmaq;
  • Ali aviasiya ixtisas təhsili;
  • Azərbaycan dilini səlis bilmək, İngilis dilində ICAO üzrə 4-cü səviyyə aviasiya ingilis dili biliklərinə malik olmaq;
  • Analitik düşüncə qabiliyyəti;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • Komandada işləmə bacarığı.

Əlavə Qeydlər:

  • Təyinatı üzrə işləyəcəyi bölgə sakini olan namizədlərə üstünlük veriləcək.
  • DMAA-nın Dispetçer üzrə Şəhadətnaməsi olan namizədlərə üstünlük veriləcək.

Regional Hava Limanları üzrə HHİ (Hava Hərəkətini İdarəetmə) Dispetçeri vakansiyası ilə maraqlananlar CV-lərini Azərbaycan Hava Yolları-na göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow