Azərbaycan Hava Yolları vakansiya: Sosial Media Mütəxəssisi.
"Azərbaycan Hava Yolları" QSC sosial media mütəxəssisi axtarır. Sosial media kanallarını idarə edəcək mütəxəssislər üçün yaradıcı imkanlar!
İş Öhdəlikləri
- Sosial media kanallarını (Facebook, Instagram, LinkedIn, Twitter və s.) gündəlik idarə etmək və aktiv şəkildə yeniləmək.
- Hər bir sosial media platforması üçün fərdi kontent planlarının hazırlanması və uyğun paylaşımların planlanması.
- Partnyorlarla və şirkətin daxili komandaları ilə sıx əməkdaşlıq edərək inteqrasiya olunmuş kampaniyaların icra edilməsi.
- Müxtəlif şöbələrdən (xüsusilə satış və müştəri xidmətləri) gələn sorğulara uyğun sosial media fəaliyyətlərini tənzimləmək.
- Aylıq hesabatlar hazırlamaq və sosial media kanallarının nəticələrini qiymətləndirmək.
- Həftəlik kontent planlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Aviaşirkət müştəriləri üçün xüsusi sosial media strategiyalarını inkişaf etdirmək.
- Sektor dəyişiklikləri, müştəri tendensiyaları və rəqiblərin təhlilini aparmaq.
- Brend qaydalarına riayət olunmasını təmin edərək bütün rəqəmsal kommunikasiya kanallarında uyğunluq yaratmaq.
- Sosial media kampaniyalarını yaradıcı və innovativ ideyalarla dəstəkləmək.
Tələblər
- Ali təhsil: Marketinq və ya oxşar sahə üzrə bakalavr/magistr.
- Sosial media marketinqi və ya müvafiq sahədə 3 ildən çox təcrübə.
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri - əla; Rus dili - arzuolunan.
- Microsoft Office bilikləri.
- Güclü ünsiyyət, danışıqlar aparma və problem həll etmə bacarıqları.
- Komandada işləmə və idarəetmə bacarıqları (rəhbər işçi kateqoriyası üçün).
- Strateji düşünmə qabiliyyəti (rəhbər işçi kateqoriyası üçün).
İş Şəraiti
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək.
- Nəqliyyat şirkət tərəfindən təmin olunur.
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Son tarix: Noyabr 16, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr
What's Your Reaction?