Azərbaycan Hava Yolları vakansiya: Yerüstü Xidmət İdarəsi/Terminalda sərnişin xidməti üzrə supervayzer.
"Azərbaycan Hava Yolları" QSC-də sərnişin xidməti üzrə supervayzer vakansiyası! Sərnişinlərə yerüstü xidmət göstərmək, müştəri məmnuniyyətini artırmaq və əməliyyat risklərini idarə etmək istəyən namizədlər üçün ideal fürsət.
Vəzifə Öhdəlikləri:
- Sərnişinlərə göstərilən qeydiyyat prosedurları, minik prosesləri, baqajın idarə edilməsi və digər yerüstü xidmətlərin keyfiyyətinin, xidmətlərin təsdiq olunmuş “SLA” müqaviləsində əks olunan qaydalara uyğun həyata keçirilməsinə nəzarət;
- Yerüstü idarəetmə işçilərinin monitorinqi, müsbət iş mühitinin təşviq edilməsi, əməliyyat tələblərini səmərəli şəkildə ödəmək üçün işçi qüvvəsi, avadanlıq və qurğular kimi resurslardan optimal istifadəni təmin etmək;
- Müqavilə əsasında sərnişinlərə yerüstü xidməti həyata keçirən kənar şirkətlərin işinə nəzarət;
- Sərnişin məmnunluğunu artırmaq üçün mükəmməl müştəri xidmətinin göstərilməsinə nəzarət edilməsi, sərnişin şikayətlərini və ya problemlərinin operativ şəkildə həll edilməsi;
- Müntəzəm olaraq gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Əməliyyat risklərini müəyyən etmək və qiymətləndirmək, əməliyyat uğursuzluqları, insidentlər və qəzalar barədə araşdırma aparmaq və hesabat vermək.
Tələblər:
- Təhsil: Bakalavr;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis; Rus dili – Yaxşı;
- Kompüter bilikləri: MS Office;
- Ünsiyyət bacarıqları (yazılı, şifahi);
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Təqdimat bacarığı;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı.
Müraciət Üçün
Müraciət tarixi: Oktyabr 26, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Digər
What's Your Reaction?