AzəriMed vakansiya: Məhsul üzrə menecer.

AzəriMed QSC-də Məhsul üzrə Menecer vəzifəsi üçün vakansiya elan edirik. Məhsul həyat dövrünün idarə olunması, bazara çıxarılması və marketinq strategiyalarının hazırlanması üçün işçi axtarılır. Tibb təhsili və minimum 1 il təcrübə tələb olunur.

Dec 3, 2024 - 10:36
Dec 3, 2024 - 10:38
 0
AzəriMed vakansiya: Məhsul üzrə menecer.
AzəriMed vakansiya: Məhsul üzrə menecer.

Vəzifə Öhdəlikləri:

  • Məhsulun satışının planlaşdırılması, bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı da daxil olmaqla, məhsulun həyat dövrünün idarə olunması;
  • Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi;
  • Bazar araşdırması aparmaq, yeni marketinq üsullarını tətbiq etmək və müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması;
  • Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektivdə məhsulun marketinq planlarının işlənib hazırlanması;
  • Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan kliniki-praktik dəstəyin göstərilməsi;
  • Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması.

İş Şəraiti:

  • Əmək haqqı: 1600-2000 AZN + Bonus sistemi mövcuddur.
  • İş qrafiki: I-V günlər 09:00-18:00.

Tələblər:

  • Yaş: 25-45;
  • Tibb üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq və yazma bacarığı;
  • Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir, əlavə xarici dil biliyi üstünlükdür;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar ünsiyyət qurma bacarığı;
  • İnkişafa və öyrənməyə meyilli;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Analitik təfəkkür;
  • İşində dəqiq və məsuliyyətli;
  • Yüksək səviyyədə təqdimat bacarığı.

Vakansiya haqqında:

  • Son tarix: Yanvar 6, 2025
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Səhiyyə

Qeyd olunan tələblərə cavab verən namizədlər, öz CV-lərini mövzu hissəsində "Məhsul üzrə menecer" qeyd etməklə vacancy@azerimed.com elektron poçt ünvanına göndərməlidirlər.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow