AzəriMed vakansiya: Regionlar üzrə Tibbi Nümayəndə.
Regionlar üzrə Tibbi Nümayəndə vakansiyası AzəriMed QSC-də. Müştəriyönümlü satış bacarığına malik, minimum 1 il iş təcrübəsi olan şəxslər müraciət edə bilər. Məhsul təqdimatı, satış və bazar araşdırması üzrə iş təcrübəsi olan şəxslər üçün əlverişli fürsət!
Vəzifə Öhdəlikləri:
- Təyin olunmuş ərazi üzrə həkimlərlə, tibbi müəssisələrlə və apteklərlə mütəmadi olaraq görüşlər keçirmək;
- Şirkətə məxsus məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək;
- Satış nöqtələrini ardıcıllıqla ziyarət edərək, nəzarətdə saxlamaq;
- Yeni müştərilər cəlb edərək şirkətə yeni biznes imkanları yaratmaq;
- Məhsulların bazar tələbatını öyrənmək və müvafiq araşdırmalar aparmaq;
- Məhsul haqqında düzgün məlumatları müştərilərə təqdim etmək;
- Bazar araşdırması apararaq, satış kanallarını artırmaq;
- Görülmüş işlərlə bağlı gündəlik və aylıq hesabatlar hazırlamaq.
Tələblər:
- Yaş: 23-35
- Təhsil: Ali və ya orta təhsil (Tibb təhsili üstünlükdür)
- Təcrübə: Tibbi nümayəndə sahəsində minimum 1 il iş təcrübəsi
- Dil Bilikləri: Azərbaycan dili və rus dili bilikləri arzuolunandır
- Kompüter Bilikləri: MS Office (Word, Excel, PowerPoint)
- Bacarıqlar: Effektiv kommunikasiya və müştəriyönümlü satış bacarığı
İş Üçün Təklif Edilən Regionlar:
- Ağsu
- Şamaxı
- İmişli
- Salyan
- Şirvan
- Masallı
- Gəncə
- Şəki
- Qəbələ
- Quba
- Zaqatala
- Şəmkir
- Bərdə
- Qazax
- Mingəçevir
- Beyləqan
- Lənkəran
Müraciət etmək istəyən şəxslərdən region qeyd etməklə “Regionlar üzrə Tibbi Nümayəndə” mövzusu ilə CV-lərini e-poçt ünvanımıza göndərmələri xahiş olunur. Əlavə suallarınız üçün 055-455-95-91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Vakansiya Son Tarixi: Yanvar 1, 2025
Vakansiya Növü: Tam ştat
Kateqoriya: Səhiyyə
What's Your Reaction?