Azərpambıq vakansiya: Bərdə PİEZ filialında mühasib axtarılır.

Bərdə PİEZ filialında mühasib vakansiyası. Azərpambıq ASK MMC-də mühasibat uçotu sahəsində iş təcrübəsi olan, analitik və ünsiyyət bacarıqları yüksək namizədlər axtarılır.

Oct 3, 2024 - 14:52
Oct 3, 2024 - 14:55
 0
Azərpambıq vakansiya: Bərdə PİEZ filialında mühasib axtarılır.
Azərpambıq vakansiya: Bərdə PİEZ filialında mühasib axtarılır.

Vəzifələr:

  • Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatların yerinə yetirilməsi, o cümlədən əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin və məhsulun satılması ilə bağlı hesabların aparılması;
  • Maliyyə intizamının yerinə yetirilməsinə yönəlmiş tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak;
  • Əvvəlki sənədlərin mühasibat sahələrinə uyğun qəbulunun və nəzarətinin həyata keçirilməsi;
  • Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkətinin mühasibat uçotunda əks etdirilməsi;
  • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasının tərtib edilməsi;
  • İtkinin əmələ gəlmə səbəblərinin araşdırılması və qeyri-məhsuldar xərclərin aşkarlanması üçün təkliflərin hazırlanması;
  • Dövlət büdcəsinə ödənişlərin, məcburi sosial sığorta haqlarının və əmək haqqı maliyyəsinin ayrılması, eləcə də digər ödənişlərin həyata keçirilməsi;
  • Təsərrüfat daxili ehtiyatların üzə çıxarılması məqsədilə mühasibat uçotu və maliyyə, vergi hesabatlarının göstəricilərinin təhlili;
  • Operativ uçotun müxtəlif növləri üzrə işin aparılması;
  • İlkin sənədlərdə uçotun növünə uyğun nəticələrin hesablanması və qeydlərin aparılması.

İş Rejimi:

  • Həftədə 40 saat, 6 gün iş rejimi;
  • İstirahət günü: Bazar günü.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə iş təcrübəsi;
  • Kompüter biliyi: MS Office (Word, Excel);
  • 1C proqramında işləmək bacarığı;
  • Yaxşı analitik və ünsiyyət bacarıqları;
  • İş yeri Bərdə rayonunda yerləşdiyinə görə yalnız həmin rayonda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.

Vakansiya haqqında

  • Son müraciət tarixi: Oktyabr 30, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə

Bərdə PİEZ filialında mühasib vakansiyası ilə maraqlananlar CV-lərini Azərpambıqa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow