Azərpambıq vakansiya: Goranboy PİTM filialında mühasib axtarılır.
Azərpambıq ASK MMC, Goranboy PİTM filialında mühasib vəzifəsi üçün işçi axtarır. Mühasibat, maliyyə, vəzifə və analitik bacarıqlara sahib namizədlər üçün maraqlı imkanlar təqdim edir.
Vəzifələr:
- Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatların yerinə yetirilməsi (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, məhsulun satılması və təsərrüfat-maliyyə fəaliyyətinin hesabı).
- Maliyyə intizamının yerinə yetirilməsinə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak.
- Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək.
- Pul vəsaitlərinin və əmtəə-maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda əks etdirmək.
- Məhsulun maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etmək.
- İtkinin səbəblərini üzə çıxarmaq və qeyri-məhsuldar xərclərin mənbəyini müəyyən etmək.
- Dövlət büdcəsinə ödənişlərin, məcburi dövlət sosial sığorta haqlarının və əmək haqqının maliyyə vəsaitlərinin ayrılmasını həyata keçirmək.
- Təsərrüfat daxili ehtiyatların üzə çıxarılması məqsədilə mühasibat uçotu və maliyyə göstəricilərinin təhlili.
- Operativ uçotun müxtəlif növləri üzrə iş aparmaq, ilkin sənədlərdə uyğun nəticələri hesablayaraq qeydlər etmək.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil.
- İstehsalat sahəsində 1-3 il iş təcrübəsi.
- 1C 8.3 ERP proqramında işləmə bacarığı.
- MS Office proqramında, o cümlədən yaxşı səviyyədə Excel bilikləri.
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yaxşı bilməli.
- Verilən tapşırıqları vaxtında icra etməlidir.
- Problemləri həll etmə bacarığı.
İş Rejimi:
- Həftədə 40 saat, 6 gün iş (istirahət günü: bazar).
İmtiyazlar:
- Korporativ nömrə və danışıq limiti.
- Bilik və bacarıqların inkişafı: mütərəqqi təlim imkanlarından yararlanma şansı.
Goranboy PİTM filialında mühasib vakansiyası ilə maraqlananlar CV-lərini Azərpambıqa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 11 noyabr 2024 il.
What's Your Reaction?