Azərpoçt vakansiya: Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis / baş mütəxəssis.
Azərpoçt şirkətində Risklərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vakansiyası. Əməliyyat risklərinin təhlili və stress-testlərin keçirilməsi üzrə təcrübəli mütəxəssislər axtarılır. Əmək haqqı razılaşma yolu ilə. CV göndərin: [email protected].
Vakansiya Təsviri
Risklərin idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsi çərçivəsində aşağıdakı vəzifələr yerinə yetiriləcək:
- Əməliyyat risklərinin təhlili, icrası və hesabatlılığının aparılması;
- Müxtəlif ssenarilər üzrə cəmiyyətin risklərə dayanıqlılığını ölçməyə imkan verən risk modellərinin hazırlanması və stress-testlərin keçirilməsi;
- Cəmiyyətin məhsul, xidmətlərinin və proseslərinin risk yönümlü təhlili;
- Risklərin idarə olunması üzrə təkliflərin verilməsi (limit, səlahiyyət təyini və risk indikatorlarının yaradılması);
- Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması;
- Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələrin yerinə yetirilməsi.
Xüsusi Tələblər
- İş təcrübəsi: Minimum 2-3 il iş təcrübəsi (Maliyyə, bank əməliyyatları, əməliyyat risklərin idarə olunması sahəsində təcrübə arzuolunandır);
- Texniki bacarıqlar: Yüksək səviyyədə Microsoft Excel bilikləri (Power BI proqramı üstünlük təşkil edir);
- Komanda bacarığı: Komandada işləmək bacarığı və təqdimat qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və İngilis dili – orta səviyyədə;
- Analitik düşüncə: Yüksək səviyyədə analitik düşüncə və stresə dözümlük;
- Sürətli öyrənmə qabiliyyəti və gərgin iş rejimində işləmə bacarığı.
İş Şərtləri
- Əmək haqqı: Razılaşma yolu ilə
- Kateqoriya: Mütəxəssis
- Məşğuliyyət: Tam iş günü
- Tələb olunan təhsil: Ali təhsil
Müraciət Üçün
Vakansiyaya müraciət etmək istəyən namizədlər, mövzu hissəsində “Risklərin idarə edilməsi üzrə baş mütəxəssis” qeyd edərək CV-lərini aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:
E-poçt ünvanı: career@azerpost.az
What's Your Reaction?