Aznet Technologies vakansiya: Operator axtarılır.
Bakı şəhərində "Aznet Technologies" QSC-də operator vakansiyası üçün müraciət qəbul edilir. 600-700 AZN əmək haqqı ilə müştəri xidmətləri sahəsində karyera imkanı. Aktiv, ünsiyyətcil və MS Office proqramlarına yiyələnmiş namizədlər dəvət olunur.
Vəzifələr:
- Kontakt və Abunə mərkəzinə müraciət edən müştərilərə məlumat xidməti istiqamətindəki əməliyyat və proseslərdə yardımçı olmaq.
- Abunəçilərin və potensial müştərilərin məhsul və xidmətlər barədə məlumatlandırılması və telefonda texniki dəstək.
- Müştəri xidmətlərinə gələn abunəçilərin qarşılanması.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə.
- İş qrafiki: Növbəlilik əsasında 5 iş günü, saat 09:00-dan - 18:00-dək, 15:00-dan - 23:00-dək.
- İstirahət günləri: həftədə 2 iş günü.
- Ünvan: Çinar Park Biznes Mərkəzi, 1-ci bina.
- Email: [email protected].
Namizədə tələblər:
- Yüksək ünsiyyətqurma bacarığı.
- Aktivlik və operativlik.
- MS Word, MS Excel, MS PowerPoint və s. proqram bilikləri.
- Dil bilikləri: səlis azərbaycan dili, rus dili müsbət qarşılanır; ingilis dili arzu olunandır.
- Professional etik davranış, gərgin iş şəraitində işləmə bacarığı, vaxtın düzgün idarə edilməsi.
- Effektiv ünsiyyət, çeviklik, məsuliyyətlilik, komanda işi və intizamlılıq.
CV göndərilərkən məzmun yerində vakansiyanın qeyd olunması mütləqdir. Əlaqədar şəxs: Səidə Səfərova, telefon: (012) 525-99-50, e-mail: [email protected].
What's Your Reaction?