Aztelekom vakansiya: Baş mühasibin müavini(Masallı).
Masallıda Aztelekom MMC üçün Baş Mühasibin Müavini vakansiyası. Maliyyə və mühasibatlıq sahəsində təcrübəsi olan namizədlər üçün mükəmməl bir karyera imkanı.
Vəzifə Öhdəlikləri:
- Cəmiyyət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabatında düzgün əks etdirilməsini həyata keçirmək.
- Mühasibat uçotu və maliyyə intizamının yerinə yetirilməsinə nəzarət etmək və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında iştirak etmək.
- Mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisənin mühasibat uçotu və maliyyə fəaliyyətinin təhlilini aparmaq, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasını aparmaq.
- Mühasibat hesabatlarını müəyyən edilmiş müddətdə tərtib və təqdim etmək.
- Mal-material qiymətlilərinin və əsas vəsaitlərinin uçotunu onların hərəkətini mühasibat uçotu hesablarında əks etdirilməsinə nəzarət etmək.
Tələblər:
- Maliyyə və ya mühasibatlıq istiqamətində ali təhsilli olmaq.
- Sahəsi üzrə azı 3 (üç) il peşəkar iş təcrübəsinə malik olmaq.
- Mühasibatlıq uçotunun aparılma qaydalarına aid olan əsasnamələri, təlimatları, qaydaları mükəmməl bilmək.
- Mühasibat sahəsinə aid olan sənədlərin tərtib etmə bacarıqlarına malik olmaq.
- Mühasibat uçotu sahəsini əhatə edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları və fərmanları barədə məlumatlı olmaq və onlardan istifadə etmə qabiliyyətinə malik olmaq.
- MS Office proqramlarını bilmək.
Baş mühasibin müavini(Masallı) vakansiyası ilə maraqlananlar CV-lərini Aztelekoma göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 3 oktyabr 2024 il.
What's Your Reaction?