Aztelekom vakansiya: İnsan resursları üzrə aparıcı mütəxəssis.
Aztelekom MMC, insan resursları üzrə aparıcı mütəxəssis axtarır. Əməkdaşların adaptasiyası, karyera inkişafı və kadr kargüzarlığı ilə bağlı vəzifələr. İki il iş təcrübəsi olan mütəxəssislər üçün müraciət imkanı. 8 dekabr 2024 tarixinə qədər müraciət edin!
Təsvir
- Strukturda yeni fəaliyyətə başlayan üzvlərin adaptasiya prosesinə dəstək vermək.
- Xidmət göstərdiyi funksiyaların əməkdaşlarının karyera inkişafı prosesini (şaquli və üfüqi yerdəyişmə) təşkil etmək.
- Kadr kargüzarlığı və işə qəbul prosesini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, qanunvericiliyinə və cəmiyyətin daxili prosedurlarına uyğun şəkildə icra etmək.
- Namizəd məlumat bazasını daim yeniləmək və dəyişiklikləri vaxtında daxil etmək.
- Kadr uçotu və kargüzarlığı ilə bağlı sənədləri icraya yönləndirmək.
- Aylıq davamiyyətlərin idarə olunmasını təmin etmək.
- Müddəti bitmiş sənədləri arxivə təhvil vermək.
- İşçilərin şəxsi işlərini təlimata uyğun yığmaq və zəruri dəyişiklikləri daxil etmək.
- İnsan resursları sahəsi ilə bağlı sualları araşdırmaq, icra etmək və cavablandırmaq.
- Əmək intizamı məsələlərində iştirak etmək.
- Cəmiyyətdə sənəd dövriyyəsinin qanunvericiliyin və şirkət daxili təlimatların tələblərinə uyğun təşkilini həyata keçirmək.
- Bayram və qeyri-iş günlərində əlavə işə cəlb olunan əməkdaşların məlumatlarını toplamaq.
- İşləri planlaşdırmaq və prioritetləşdirmək.
- Strukturda heyəti ilə dövri görüşlər keçirmək, İR proses və layihələrinin gedişatını icra etmək.
Tələblər
- Ali təhsil.
- İnsan resursları sahəsi üzrə azı 2 il əmək stajı.
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini yaxşı bilməli.
- Müasir insan resursları trendlərini bilməli.
- Azərbaycan dilini mükəmməl bilməli; ingilis və rus dilləri arzuolunandır.
- Kadr kargüzarlığına aid sənədlərin tərtib etmə bacarığına malik olmalı.
- Kompüter bilikləri: MS Office və Outlook proqramlarını bilməli.
- Güclü ünsiyyət bacarığına və analitik düşünmə qabiliyyətinə sahib olmalıdır.
Son müraciət tarixi: 8 dekabr 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?