Aztelekom vakansiya: Linux Sistem Administratoru axtarılır.

Aztelekom MMC Linux Sistem Administratoru vakansiyası. İnformasiya texnologiyaları sahəsində karyera qurmaq istəyənlər üçün əla fürsət!

Oct 4, 2024 - 12:24
Oct 4, 2024 - 12:27
 0
Aztelekom vakansiya: Linux Sistem Administratoru axtarılır.
Aztelekom vakansiya: Linux Sistem Administratoru axtarılır.

Şirkət: Aztelekom MMC
Ünvan: 107 Tbilisi prospekti, Bakı, Azərbaycan
Vəzifə: Tam ştat
Müraciət tarixi: Noyabr 12, 2024
Kateqoriya: Elm, Texnologiya və Mühəndislik

Vəzifələr:

  • Məlumat sistemlərinin idarəedilməsi proseslərinə uyğun sistem inzibatçılığı fəaliyyəti.
  • Yeni qaydaların, proseslərin, prosedurların və daxili normativ aktların tərtibatında iştirak.
  • Sistem inzibatçılığı sektoru üzrə email, rəsmi sənəd və telefon vasitəsilə daxil olan sorğuları cavablandırmaq.
  • Linux serverlərin qurulması, sazlanması, idarə edilməsi və təkmilləşdirilməsi.
  • Ehtiyat surətlərin yaradılması və bərpası proseslərinin həyata keçirilməsi.
  • Aztelekom MMC-nin informasiya texnologiyaları departamentinin server bazası üzrə layihələrin planlaşdırılmasında iştirak.
  • Yeni layihələrin laboratoriyalarda simulyasiya edilib test edilməsi işlərinin təşkil edilməsi.
  • Serverlərin təhlükəsizliyinin təmin edilməsi.
  • Server əməliyyat sistemlərinin proqram yenilənməsi, miqrasiya kimi işlərin planlaşdırılması və icra edilməsi.
  • Departamentin digər mütəxəssisləri ilə qarşılıqlı fəaliyyət.

Tələblər:

  • İnformasiya Texnologiyaları və ya oxşar sahə üzrə ali texniki təhsil.
  • Məlumat bazası sahəsi üzrə azı 2 il əmək stajı.
  • Şəbəkə haqqında ümumi biliklər.
  • Azərbaycan dilini mükəmməl bilmək, İngilis və Rus dilləri arzuolunandır.
  • Azərbaycan Respublikasının informasiya texnologiyaları üzrə qanunvericiliyini bilmək.
  • Red Hat Enterprise, CentOS, Ubuntu, Debian əməliyyat sistemləri üzrə bilik və iş təcrübəsi.
  • MySQL, MongoDB və digər verilənlər bazasının konfiqurasiyası və idarə edilməsi haqqında biliklər.
  • Məlumat bazasının klasterizasiyası, replikasiyası, modelləşdirilməsi və dizaynı haqqında biliklər.
  • Container provisioning və orchestration (Docker, Kubernetes) bilikləri.
  • Web serverlərin qurulması, konfiqurasiyası və idarə edilməsi (Nginx, Apache, Tomcat və s.).
  • Log collection, aggregation, parsing, analysis, archiving (Zabbix, PRTG, CACTI və s.) bilikləri.
  • Məlumat bazasının ehtiyat nüsxəsinin çıxardılması və yoxlanılması bacarığı.
  • Texniki sənədlərin ingilis dilində oxunması və başa düşülməsi.
  • Virtualizasiya texnologiyaları üzrə (VMware, Hyper-V, Proxmox) biliklər.

Linux Sistem Administratoru vakansiyası ilə maraqlananlar CV-lərini Aztelekoma göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 12 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow