Aztelekom vakansiya: Məzmun üzrə mütəxəssis (İctimaiyyətlə əlaqələr üzrə).
Məzmun üzrə mütəxəssis axtarılır! İctimaiyyətlə əlaqələr sahəsində iş imkanı. Jurnalistika üzrə ali təhsil tələb olunur. İş mühiti, peşəkar inkişaf və geniş imkanlar. Müraciət edin!
Şirkət: Aztelekom MMC
Ünvan: 107 Tbilisi prospekti, Bakı, Azərbaycan
İş Şəraiti: Tam ştat
Son müraciət tarixi: Dekabr 2, 2024
Kateqoriya: Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr
İşin əsas vəzifələri:
- Mediaya təqdim olunacaq mətnlərin hazırlanması.
- Telekommunikasiya sahəsindəki mürəkkəb mövzularla bağlı tədqiqat və məlumatların toplanması.
- Korporativ kommunikasiya yazılarının hazırlanması.
- İllik korporativ əlaqələr məzmun təqviminin tərtibi.
- Nəşr edilməzdən əvvəl mətnlərin redaktəsi.
- Bütün kommunikasiya mətnlərinin şirkətin yazı formatına uyğunlaşdırılması.
Tələblər
- Ali təhsil (Jurnalistika ixtisası üzrə).
- İşgüzar yazışma əsaslarını bilmək.
- MS Office proqramlarını (xüsusilə Outlook, Power Point və Excel) mükəmməl bilmək.
- Analiz etmə qabiliyyətinə malik olmaq.
- Sosial gündəm haqqında məlumatlı olmaq.
What's Your Reaction?