Aztelekom vakansiya: Satış üzrə mütəxəssis (Abşeron).
Aztelekom MMC, Abşeron bölgəsində satış üzrə mütəxəssis axtarır. Satış sahəsində ən azı 1 il təcrübəsi olan, mükəmməl Azərbaycan dili bilən namizədlər müraciət edə bilər.
Təsvir
- Cəmiyyət tərəfindən təqdim olunan xidmətlərin və məhsulların satışını həyata keçirmək.
- Müştərilərlə mütəmadi olaraq görüşlər keçirmək (səyyar satış).
- Mövcud və potensial müştərilərə şirkətin məhsul və xidmətlərini təqdim etmək və xidməti ərazilərdə birbaşa satışını icra etmək.
- Xidmətlərin mövcud olduğu ərazilərdə reklam materialları təqdim etməklə və qapıdan-qapıya ünsiyyət vasitəsi ilə məhsul və xidmətlərin satışını aparmaq.
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları hazırlamaq.
- Səyyar satış və alternativ satış kanalları icra etmək.
- Korporativ xidmətlərin satışlarını təmin etmək.
- Aylıq plana uyğun olaraq təyin edilən satış hədəfləri üzrə tələb olunan nəticəyə nail olmaq.
Tələblər
- Orta və ya ali təhsilli olmalıdır.
- Satış sahəsində təcrübəyə malik olmalıdır (ən azı 1 il).
- Azərbaycan dilini mükəmməl bilməlidir, rus və ingilis dili arzuolunandır.
- Ünsiyyət bacarığı yüksək olmalıdır.
- Stressə davamlı olmalıdır.
- Müştərinin tələblərini diqqət mərkəzində saxlamalıdır.
- Yüksək templi mühitlərdə çalışmağı bacarmalıdır.
- Marketinq və satışın əsasları ilə tanış olmalıdır.
- Satışa aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır.
- Kompüter bilikləri üzrə: MS Office (xüsusilə Excel) proqramlarını bilməlidir.
- İşgüzar yazışmanın əsaslarını bilməlidir.
Vakansiya haqqında
- Son tarix: Noyabr 11, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Satış və müştəri xidmətləri
Satış üzrə mütəxəssis (Abşeron) vakansiyası ilə maraqlananlar CV-lərini Aztelekoma göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 11 noyabr 2024 il.
What's Your Reaction?