Aztelekom vakansiya: Şəhər şöbə müdiri (Şəmkir).

Aztelekom MMC, Şəmkir şəhərində şəhər şöbə müdiri vakansiyası elan edir. Təşkilatın operativ fəaliyyətinin effektiv idarə olunmasına yönəlmiş iş təcrübəsi olan mütəxəssisləri dəvət edir.

Sep 27, 2024 - 11:38
Sep 27, 2024 - 11:40
 0
Aztelekom vakansiya: Şəhər şöbə müdiri (Şəmkir).
Aztelekom vakansiya: Şəhər şöbə müdiri (Şəmkir).

Vəzifələr:

  • Şöbəyə həvalə olunmuş vəzifələrin və funksiyaların yerinə yetirilməsi üçün məsuliyyət daşımaq.
  • Şöbə tərəfindən əməliyyatların müəyyən olunmuş qaydada aparılmasını təmin etmək və şöbənin operativ fəaliyyətinə rəhbərlik etmək.
  • Təhkim olunmuş əmlakın qorunmasını təmin etmək və qiymətlilərin saxlanması işinin düzgün təşkili üçün məsuliyyət daşımaq.
  • Hüquqi və fiziki şəxslərin ərizələrinə, təkliflərinə, və şöbə işçilərinin hərəkətləri barəsindəki şikayətlərə baxmaq, bunların əsasında lazımi tədbirləri görmək.
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlərin keçirilməsini təşkil etmək və işçilərin əməyin mühafizəsi prosedurlarına riayət etməsinə nəzarət etmək.
  • İşçilərin əmək intizamına, Cəmiyyətin daxili sənədlərinin tələblərinə riayət etməsinə, müəyyən edilmiş iş günü müddətini pozmamasına və işə davamiyyətinə nəzarət etmək.
  • Şöbənin fəaliyyətinin nəticələri barədə Filiala hesabat vermək.
  • Filialın digər struktur bölmələri ilə şöbənin fəaliyyətini koordinasiya etmək və qarşılıqlı əlaqəni təmin etmək.
  • Tabeliyində olan əməkdaşların aylıq, rüblük və illik hesabatlarını hazırlamaq və təqdim etmələrinə nəzarət etmək.
  • Qanunvericiliyin tələblərinə əməl edilməsini təmin etmək.

Tələblər:

  • Ali təhsil.
  • İdarəçilik üzrə minimum 3 il iş təcrübəsi (Rabitə sahəsi üzrə olması üstünlükdür).
  • Peşəkar şifahi və yazılı ünsiyyət bacarığı.
  • Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dilləri arzu olunandır).
  • Telekommunikasiya sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmalıdır.
  • MS Office və Outlook proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalıdır.
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
  • Kollektivdə pozitiv komanda ruhu yaratmalı, nəzakətli və dürüst olmalıdır.
  • Maraqların münaqişəsi hallarının qarşısını almalıdır.

Son tarix: Noyabr 5, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə

Şəhər şöbə müdiri (Şəmkir) vakansiyası ilə maraqlananlar CV-lərini Aztelekoma göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 5 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow