Bank of Baku vakansiya: ƏL/TMM bölməsinin eksperti.
Bakı şəhərində yerləşən bankımız üçün ƏL/TMM bölməsinin eksperti vakansiyası açıqdır. Əlavə məlumat və müraciət üçün vakansiya elanını nəzərdən keçirin.
Vəzifə funksiyaları:
- ƏL/TM ilə bağlı şübhəli hallar və əməliyyatları müxtəlif təhlil metodlarından istifadə etməklə analiz edir, nəticələri qeydiyyata alır, və lazım olduqda yazılı təhlil hesabatları hazırlayaraq müvafiq şəxslərə təqdim edir.
- ƏL/TMM baxımından monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədləri hazırlayır, maliyyə monitorinqi orqanına təqdim edilməsi üçün zəruri tədbirləri görür.
- Maliyyə monitorinqi orqanı və nəzarət orqanları tərəfindən göndərilmiş sorğuları onların müəyyən etdiyi müddətdə və formada cavablayır.
- Bankın ümumi nizam-intizamına riayət edir.
- ƏL/TMM üzrə struktur vahidin iyerarxiyasına uyğun digər əməkdaşlara tövsiyələr verir.
- Bilgi və bacarıqlarını inkişaf etdirir, departamentin əsasnaməsi, ƏL/TMM siyasəti və digər korporativ aktlarda nəzərdə tutulan bütün işləri yerinə yetirir.
- Əmək müqaviləsi, bankın nizamnaməsi və digər daxili korporativ aktların müvafiq göstərişlərini yerinə yetirir.
- Bilavasitə rəhbəri, sahə rəhbəri və idarə heyətinin sədri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
- Bankın əməkdaşlarına ƏL/TMM sahəsində məsləhətlər verir, sorğuları cavablandırır və zəruri köməklik göstərir.
- ƏL/TMM sahəsində mütəmadi təlimlər keçirir.
- Mərkəzi Bankın yoxlamalarında və daxili, xarici auditlərdə lazımi dəstəyi təmin edir.
- ƏL/TMM üzrə daxili qayda və prosedurların yazılmasında iştirak edir.
Yumşaq bacarıqlar:
- Məsuliyyət
- Nizam-intizam
- Təşəbbüskarlıq
- Detallara diqqət
- Stresin idarə edilməsi
- Analitik düşünmə qabiliyyəti
Dil biliyi:
- Azərbaycan - Mükəmməl
- İngilis - Orta
- Rus - Başlanğıc
Kompüter biliyi:
- MS Office - Yüksək
ƏL/TMM bölməsinin eksperti vakansiyası ilə maraqlananlar CV-lərini Bank of Baku-ya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 sentyabr 2024 il.
What's Your Reaction?