Bank of Baku vakansiya: Mobil bankçılıq bölməsinin kiçik eksperti (Java Developer).
Bakı şəhərindəki mobil bankçılıq bölməsi üçün Java Developer (kiçik ekspert) vakansiyası. 0-1 il iş təcrübəsi olan namizədlər üçün mükəmməl fürsət.
Vəzifə funksiyaları:
- Bankın mobil tətbiqlərinin mövcud servislərində verilən tapşırıq, tələb və ya texniki sənədlərə əsasən dəyişiklikləri kodlaşdırır, ilkin testləri edir və təhvil verir.
- Bankın müvafiq struktur bölmələrindən mobil tətbiqlərlə əlaqədar daxil olan sorğulara (biznes, istək, tənzimləyicinin tələbi, risk xarakterli sorğular və s.) əsasən, tətbiqdə istifadə olunan, əlaqəli backend servislərə/API’larda dəyişiklikləri kodlaşdırır, ilkin testləri edir və təhvil verir.
- Bankın müvafiq struktur bölmələrindən mobil tətbiqlərlə əlaqədar daxil olan yeni tələb, TİO və ya layihələrlə əlaqədar verilmiş texniki sənədə əsasən yeni backend servis, API yaradılmasını kodlaşdırır, ilkin testləri edir və təhvil verir.
Yumşaq Bacarıqlar:
- Aktivlik (enerji, cəldlilik)
- Yenilikçilik
- Məsuliyyət
Digər Şərtlər:
- Proqram təminatının hazırlanması prosesi, həyat dövrü və texnologiyaları haqqında teorik biliklərə malik olmaq
- Geniş istifadə olunan Java çərçivələri (Spring, Spring Boot, Micronaut, Hibernate) ilə bağlı biliklər
- REST API və SOAP veb servislərinin texniki analiz, dizayn edilmə və kodlaşdırılma bacarığı
- Məlumatların modelləşdirilməsi və verilənlər bazasının (cədvəllərin) dizaynı ilə bağlı məlumatlara sahib olması
- Alqoritmlər, məlumat strukturları barədə müəyyən səviyyədə biliklərə sahib olmaq
- Kod saxlama, versiya sistemləri (GIT) ilə praktiki iş təcrübəsinin olması
Dil Biliyi:
- Azərbaycan - Mükəmməl
- İngilis - Orta
Mobil bankçılıq bölməsinin kiçik eksperti (Java Developer) vakansiyası ilə maraqlananlar CV-lərini Bank of Baku-ya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 sentyabr 2024 il.
What's Your Reaction?