Bank Respublika vakansiya: Daxili Audit Departamentinə Auditor/Aparıcı auditor.
Bank Respublika ASC daxili audit departamentinə Auditor/Aparıcı Auditor vakansiyası üzrə müraciət qəbul edir. Əgər siz analitik düşünmə qabiliyyətinə malik, daxili nəzarət sistemləri və risklərin idarə olunması sahəsində təcrübəyə sahib bir mütəxəssis isəniz, bu şansdan yararlanın.
Vakansiya Təsviri
Vəzifələr:
- Audit olunan prosesin daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək.
- Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək.
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək.
- Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan sahənin risk təhlilini həyata keçirmək.
- Proseslərin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək.
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Tələblər:
- Ali təhsil (iqtisadi və ya hüquqi).
- Daxili audit, risklərin idarəolunması, daxili nəzarət və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi.
- Analitik düşünmə qabiliyyəti.
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır.
- Excel proqramında işləmək bacarığı.
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı.
Müraciət
Son müraciət tarixi: Oktyabr 24, 2024.
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Daxili Audit Departamentinə Auditor/Aparıcı auditor vakansiyası ilə maraqlananlar CV-lərini Bank Respublikaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 24 oktyabr 2024 il.
What's Your Reaction?