Rabitəbank vakansiya: Kreativ məzmun yaradıcısı axtarılır.
Rabitəbank, kreativ məzmun yaradıcısı vəzifəsi üçün işə qəbul elan edir. İş imkanları, marketinq strategiyaları, sosial media məzmunu və kreativ düşüncə bacarıqları ilə zəngin bir karyera axtaranlar üçün idealdır.
Vəzifə Öhdəlikləri:
- Kreativ briflərin hazırlanması və müvafiq tərəflərə ötürülməsi;
- Bankın hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Sosial media və digər marketinq kanallarında məzmunun yaradılması;
- Sosial mediada paylaşılacaq vizuallar üçün kreativ mətnlərin yazılması;
- Sosial media səhifələrinin idarə edilməsi;
- Yeni kampaniyalar üçün ideyaların verilməsi;
- Bankın mobil tətbiqi, veb sayt, İB və digər internet səhifələri üçün mətnlərin hazırlanması;
- Videolar üçün ssenarilərin yazılması;
- Art-direktorla işləmək, işləri planlamaq və aylıq hesabatlıq hazırlamaq;
- Bazar trendlərini və yenilikləri izləmək, rəqib araşdırmasını etmək.
Tələblər:
- Ali təhsil (Marketinq, İqtisadiyyat və Biznes sahəsi üzrə);
- Azərbaycan dilində səlis danışma və yazma bacarığı (Rus və ingilis dili bilikləri arzu olunandır);
- SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn, Threads, Tik-Tok və s.) platformalarında sərbəst iş bacarığı;
- Reklam agentliyində ən azı 2 illik təcrübə;
- Yeni trendləri və rəqiblərin fəaliyyətini izləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı;
- Dizaynerlə və briflərlə iş bacarığı;
- Bank məhsulları biliklərinin olması arzuolunandır.
Qeyd: Portfolio göndərməyiniz mütləqdir.
Vakansiya haqqında:
- Son tarix: Noyabr 13, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr
Kreativ məzmun yaradıcısı vakansiyası ilə maraqlananlar CV-lərini Rabitəbanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciət tarixi: Noyabr 13, 2024
What's Your Reaction?