Bank Respublika vakansiya: Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi/baş mütəxəssisi.
Keyfiyyətə nəzarət şöbəsində mütəxəssis və ya baş mütəxəssis axtarılır. Bank Respublika ASC, müştəri xidməti, analitik düşünmə bacarıqları və bank təcrübəsi olan namizədləri dəvət edir. Müraciət edin!
Bank Respublika ASC
Ünvan: 21 Xəqani, Bakı, Azərbaycan
İş Şəraiti: Tam ştat
Müraciət üçün son tarix: 7 Noyabr 2024
Təsvir:
- Bankın filiallarında çalışan əməkdaşların müştərilərə göstərdikləri xidmət prosesinin monitorinqi.
- Monitorinqlər zamanı əldə edilən məlumatlara əsaslanaraq təhlilin aparılması.
- Aparılan təhlillərlə bağlı hesabatların hazırlanması.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil.
- Bank sahəsində (istehlak kreditləri və əməliyyat sahəsi üzrə hüquqi və fiziki şəxslərə xidmət) mütləq 2 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili yaxşı səviyyədə arzuolunandır.
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları.
- Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti.
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı.
- Komanda və insanlar ilə işləmək bacarıqları.
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı.
- Məsuliyyət və detallara qarşı diqqət.
What's Your Reaction?