Bank Respublika vakansiya: KOB Müştərilər ilə iş departamentində Ticarətin Maliyyələşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi.
KOB Müştərilər ilə iş departamentində ticarətin maliyyələşdirilməsi şöbəsində kiçik mütəxəssis, mütəxəssis və ya aparıcı mütəxəssis vakansiyası Bank Respublika ASC-də. Sənədli əməliyyatlar, qarantiya və akkreditiv sifarişləri üzrə geniş təcrübəyə sahib olan, analitik düşünmə bacarığı yüksək namizədlər üçün mükəmməl iş imkanı.
Ümumi Vəzifə Öhdəlikləri:
- Sənədli əməliyyatlar üzrə aylıq planların icrasını təmin etmək.
- Filiallardan daxil olan qarantiya və akkreditiv sifarişlərini təhlil etmək və operativ qərarlar vermək.
- Sənədli əməliyyatlar üzrə müştəri bazasını genişləndirmək və satışın artırılması məqsədilə müştərilərin cəlb edilməsi (direct marketing).
- Filial əməkdaşlarına müvafiq dəstək göstərmək.
- Filialların qarantiya/akkreditiv portfelini təhlil etmək və hesabatlar hazırlamaq.
- Bazar araşdırmaları aparmaq və müvafiq hesabatlar və təqdimatlar hazırlamaq.
Tələblər:
- Maliyyə, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil.
- Bankda biznes kreditləri üzrə minimum 1 il iş təcrübəsi.
- Bankın fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər.
- Azərbaycan dili üzrə yüksək səviyyədə bilik, rus və ingilis dilləri üstünlükdür.
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər.
- Analitik düşünmə qabiliyyəti və işgüzar ünsiyyət bacarığı.
Vakansiya Haqqında Məlumat:
- Son müraciət tarixi: 8 oktyabr 2024
- İş rejimi: Tam ştat
- Kateqoriya: Satış və müştəri xidmətləri
KOB Müştərilər ilə iş departamentində Ticarətin Maliyyələşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Bank Respublikaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 8 oktyabr 2024 il.
What's Your Reaction?