Bank Respublika vakansiya: Partnyorlarla iş şöbəsinə kiçik mütəxəssis.
ank Respublika ASC-də partnyorlarla iş şöbəsinə kiçik mütəxssis/mütəxəssis axtarılır! Müştəri əlaqələri və bazar araşdırması bacarıqları ilə karyeranızı irəlilətmək üçün müraciət edin!
Vakansiya Elanı
Vəzifə: Partnyorlarla İş Şöbəsinə Kiçik Mütəxssis/Mütəxəssis
Şirkət: Bank Respublika ASC
Ünvan: 21 Xəqani, Bakı, Azərbaycan
İş Şəraiti: Tam ştat
Son Müraciət Tarixi: 29 Noyabr 2024
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Vəzifə Öhdəlikləri:
- Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətlərin bazar araşdırılması və əməkdaşlığa cəlb olunması.
- Potensial partnyorların axtarışı, cəlb edilməsi və əməkdaşlığın yaradılması.
- Mövcud layihələr üzrə tərəfdaşlığa cəlb olunmuş partnyorların bankla əməkdaşlıq müddətində yaranmış çətinliklərin aradan qaldırılması.
- Partnyorların işinin təhlili və mütəmadi monitorinqi; müraciətlərin qəbulu və icrası üzrə aidiyyəti departamentlərlə işin qurulması.
- Mövcud partnyorlarla satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi.
- Şöbənin funksiyasından irəli gələn digər vəzifələrin icrası.
Tələblər:
- Ali təhsil.
- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi.
- Əla səviyyədə Azərbaycan və rus dili biliyi (ingilis dili arzuolunandır).
- MS Office proqramları üzrə kompüterdən istifadə bacarığı.
- Ünsiyyət qurmaq və cəlb etmə bacarığı.
- Müştəri ilə işləmək bacarığı.
- Məsuliyyətlilik və operativlik.
What's Your Reaction?