Bank Respublika vakansiya: Xidmətlər üzrə məsləhətçi (Nizami filialı).
Bank Respublika ASC, Nizami filialında xidmətlər üzrə məsləhətçi vakansiyası üçün müraciət qəbul edir. Müştəri xidmətləri sahəsində karyera qurmaq istəyənlər üçün bu mükəmməl fürsətdir.
Təsvir: Xidmətlər üzrə məsləhətçi vəzifəsinə qəbul ediləcək şəxs aşağıdakı vəzifələri yerinə yetirəcək:
- Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması və istiqamətləndirilməsi;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatların verilməsi;
- Müştərilər arasında aparılan sorğularda iştirak edilməsi;
- Bankomat və terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərilməsi.
Tələblər:
- Ali təhsil;
- Müştəri xidmətləri üzrə iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dili və Rus dillərində mükəmməl biliklər;
- Microsoft Office proqramlarına (Word, Excel) yaxşı yiyələnmə;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurma bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı.
Vakansiya haqqında:
- Son tarix: Noyabr 3, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?